Azərbaycanda sığorta haqlarının 77%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 705,7 milyon manat sığorta haqqının 541 milyon 91 milyon manatı və yaxud 76,7%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (257 milyon 86 min manat), "PAŞA Sığorta" (157 milyon 705 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 53 milyon 452 min manat), eləcə də “Qala Sığorta” (37 milyon 88 min manat) və “Atəşgah Həyat Sığorta” (34 milyon 194 min manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (382 min manat), eləcə də "Naxçıvan Sığorta" (1 milyon 967 min manat), “Bakı Sığorta” (4 milyon 185 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (4 milyon 661 min manat) və “Xalq Həyat Sığorta” (5 milyon 115 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 16 milyon 310 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 148 milyon 299 min manat (21%) təşkil edib
Sığorta ödənişlərinin 87%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 401 milyon 211 min manat sığorta ödənişinin 348 milyon 994 min manatı və yaxud 87%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (187 milyon 553 min manat) və “PAŞA Sığorta” (64 milyon 625 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 52 milyon 410 min manat), eləcə də "Atəşgah Həyat Sığorta" (26 milyon 421 min manat) və “Xalq Sığorta” (17 milyon 985 min manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (85 min manat), “Xalq Həyat Sığorta” (89 min manat), “Naxçıvan Sığorta” (322 min manat) və “Bakı Sığorta” (845 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,341 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 50,876 milyon manat (12,7%) təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















