iBox ilə daha sürətli alış-veriş!
iBox - istənilən məhsulların ekspress çatdırılması(®) Təcili olaraq çatışmayan məhsulları almaq lazımdır? iBox kuryerlərinin köməyindən istifadə edin! Çatdırılma prosesini mümkün qədər tez etmək üçün platformamız vaxt və məsafəni nəzərə alır.
İstək və ehtiyac duyduğunuz müxtəlif növdə məhsulları vaxt itkisinə yol vermədən, yorulmadan, evdən çıxmadan bir kliklə sifariş edin və bağlamanızı real vaxt rejimində izləyin! Sizə qalan – sadəcə qapını açıb sifarişi götürməkdir.
iBox sizin işinizi azaldacaq, rahatlığınızı təmin edəcək, vaxtınızı özünüzə, əyləncənizə və ailənizə sərf etməyə imkan yaradacaq.
Məqsədimiz – onlayn alış-veriş prosesini daha asan və rahat etməkdir. Mükəmməl şəkildə təşkil olunmuş sürücü və kuryer şəbəkəsi sayəsində sifarişinizi 15-20 dəqiqə ərzində alacaqsınız. Biz istifadəçilərə rahat alış-veriş etmək, yerli şirkətlərə isə bazarda öz bizneslərini inkişaf etdirmək fürsətini təklif edirik.
Minlərlə məhsul bir tətbiqdə
Ərzaq mağazasına getməyə vaxtınız yoxdur? Naharın hazırlanması üçün lazım olan hər şeyi evdən çıxmadan iBox-dan əldə edə bilərsiniz. Sifariş prosesinin daha rahat və tez olması üçün məhsullar kateqoriya şəklində təqdim olunub.
Hazırda 150-dən çox əməkdaşlıq etdiyimiz brendlərdə qida, geyim, aptek, məişət əşyaları, elektronika, parfümeriya, hədiyyə, oyuncaq və digər kateqoriyalarda 300000-dən çox məhsul növü mövcuddur.
iBox mobil tətbiqi və saytı vasitəsilə insanlar istənilən məhsulu səbətə əlavə edə və sifarişlərini xəritə üzərində seçdiyi ərazidə təhvil ala bilir.
Elə indi www.iboxapp.az saytına keçid edə və ya mobil tətbiqetməmizi yükləyərək istədiyiniz məhsulu onlayn sifariş edə bilərsiniz.
Hər çatdırılmada 20%-dək keşbek və 5 AZN endirim
iBox tətbiqində fevralın 28-dək alış-veriş edin, hər çatdırılmada 5 AZN endirim qazanın. Visa bank kartı ilə sifariş edənlər isə əlavə olaraq 20%-dək keşbek qazanacaqlar! Qeyd edək ki, məhsullar ƏDV çeki ilə birlikdə müştəriyə təhvil verilir.
iBox xidmətlərindən necə yararlanmaq olar?
Tətbiqi App Store və ya Play Market-dan yükləyin, sizə lazım olan məhsulları sifariş edin və biz sürətli çatdırılma edək! Hazırda sadəcə Bakıda xidmət göstəririk, lakin tezliklə çatdırılma ərazimizi genişləndirməyi planlaşdırırıq.
Daha ətraflı məlumat almaq üçün www.iboxapp.az saytına, *2021 Çağrı Mərkəzinə və ya Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 saat əvvəl
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
-
2 saat əvvəl
“Atəşgah” Sığorta Şirkətinin sədrinə İcbari Sığorta Bürosunda vəzifə verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Holdinqlərdə transformasiya: "atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
4 saat əvvəl
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
-
4 saat əvvəl
Türkiyə şirkəti Azərbaycanda baytarlıq vaksinləri istehsal edəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olub
“KollektA”nın səhmlərinə 3 investor pul yatırdı
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
Ən çox oxunanlar
Türkiyə şirkəti Azərbaycanda baytarlıq vaksinləri istehsal edəcək
İsveçrə şirkəti Azərbaycanda böyük aqrar layihəyə başlayır – Ağstafada torpaqlar uzunmüddətli icarəyə verilir
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”dan əldə edəcəyi payın həcmi məlum olub
Bakıda 11 yeni saziş imzalandı – Microsoft, ROX Group, AGROFERT və digər şirkətlər Azərbaycanda layihələrə qoşulur


























