Azərbaycanda könüllü sığorta 22% artıb, icbari sığorta isə 18% azalıb
Həyat sığortası 37%, qeyri-həyat sığortası isə 1% artıbBu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 63 milyon 3 min manat sığorta haqqı toplanılıb.
“Azərbaycan Mərkəzi Bankınaın statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 36,6% çoxdur.
Ötən 2 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 115 milyon 304 min manat təşkil edib. Bu isə illik müqayisədə 0,9% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 79,75% azalaraq 10 milyon 447 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 41,4% azalaraq 28 milyon 489 min manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 16,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 24,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci yanvar-fevral aylarında müvafiq olaraq 111,8 manat və 42,5 manat olub.
Könüllü sığorta 22% artıb, icbari sığorta isə 18% azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 143 milyon 136 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,6% çoxdur.
Ötən 2 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 17,6% azalaraq 35 milyon 171 min manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 24 milyon 63 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 63,55% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 56,2% azalaraq 14 milyon 473 min manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-fevral aylarında 57 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 77,4 manatdan 41,15 manata düşüb.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 12 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















