Azərbaycanda sığorta haqlarının 81%-i 5 şirkətin hesablarına daxil olur
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanılmış 178 milyon 307 min manat sığorta haqqının 144 milyon 662 min manatı və yaxud 81,1%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (59 milyon 856 min manat), "PAŞA Həyat Sığorta" (51 milyon 201 min manat), “Qala Sığorta” (7 milyon 482 min manat), “Atəşgah Həyat Sığorta” (7 milyon 464 min manat) və “Xalq Sığorta” (5 milyon 956 min manat) ASC-lərdir.
2 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (166 min manat), "Naxçıvan Sığorta" (337 min manat), “Bakı Sığorta” (780 min manat), “Günay Sığorta” (978 min manat) və “Xalq Həyat Sığorta” (1 milyon 229 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,49 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 30 milyon 155 min manat (16,9%) təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 38 milyon 936 milyon manat sığorta ödənişinin 30 milyon 12 0 min manatı və yaxud 77,4%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Sığorta" (11,6 milyon manat), “PAŞA Həyat Sığorta” (9 milyon 108 min manat) və “Xalq Sığorta” (3,9 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 3,72 milyon manat), eləcə də “Atəşgah Sığorta” (1 milyon 792 min manat) ASC-lərdir.
2 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (3 manat), “İpək Yolu Sığorta” (8 min manat), “Naxçıvan Sığorta” (66 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (82 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 159 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 8,657 milyon manat (22,2%) təşkil edib.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 12 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















