Özbəkistan Prezidenti: Pandemiyaya baxmayaraq, Azərbaycan ilə ticarət dörd dəfə artıb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təməlində ortaq tarixi köklərin, dil, din, mədəniyyət, adət-ənənə və dəyərlərin dayandığı vurğulanıb.
Prezident Şavkat Mirziyoyev qeyd edib ki, münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Son illərdə isə Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafında daha geniş uğurlar əldə olunub. O, bildirib ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında dövlət başçılarımız arasında münasibətlərin mühüm rolu vardır.
Qeyd olunub ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, Azərbaycan və Özbəkistan arasında ikitərəfli təmaslarda müsbət dinamika qorunub. Qarşılıqlı fəaliyyətin bütün sahələrində - iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və sosial sahələrdə nəzərəçarpan irəliləyiş əldə olunub.
Bütün səviyyələrdə intensiv təmaslar qurulur, rəsmi nümayəndə heyətləri, işgüzar və ictimai dairələrin nümayəndələri arasında fikir mübadiləsi aparılır. Son illərdə pandemiyaya baxmayaraq, ticarət dörd dəfə artıb. İlin əvvəlindən ticarət dövriyyəsinin 25 faiz artması münasibətlərimizin müsbət xarakteristikasını göstərir.
Özbəkistan Prezidenti ikitərəfli münasibətlərin inkişafında qanunvericilik orqanlarının müsbət rolunu qeyd edərək, deyib ki, Özbəkistan və Azərbaycan parlamentləri arasında sıx və çoxşaxəli tərəfdaşlıq mövcuddur. Qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirmək üçün iki ölkənin qanunverici orqanları arasında sistemli və müntəzəm əməkdaşlığı daha da gücləndirmək lazımdır. Eyni zamanda, parlamentarilər xalqların bilavasitə nümayəndələri kimi “xalq diplomatiyasının” təşviqində, o cümlədən Özbəkistan və Azərbaycanın regionları arasında əlaqələrin möhkəmləndirilməsində, iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol oynamalıdırlar. Şavkat Mirziyoyev bu mənada Azərbaycan Milli Məclisi sədrinin səfərinin əhəmiyyətini və aparılan danışıqları yüksək qiymətləndirib.
Milli Məclisin sədri Sahibə Qafarova səmimi qəbula görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
O, deyib ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixi köklərə əsaslanan əlaqələr iki xalqın rifahı naminə möhkəmlənməkdə və inkişaf etməkdə davam edir. Spiker qeyd edib ki, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər çox dinamik, səmərəli və qarşılıqlı faydalı münasibətlərin inkişafında mühüm rol oynayır.
Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz qanunverici orqanlar səviyyəsində də inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın dövlət başçısına Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, regionda yaranmış yeni şərait və imkanlar barədə ətraflı məlumat verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini deyən Milli Məclisin sədri xatırladıb ki, Ermənistan işğal dövründə şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri dağıdıb və talan edib. Hazırda Azərbaycan azad edilmiş ərazilərində sürətli bərpa-quruculuq işləri həyata keçirir.
Milli Məclisin sədri dost Özbəkistanın hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini qeyd edib. O, bu mövqeyinə və Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə, Özbəkistana minnətdarlığını bildirib.
Prezident Şavkat Mirziyoyev onun da salamını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib və xoş arzularına görə ona minnətdarlığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
39 d. əvvəl
SOCAR və “Karpowership” elektrik enerjisi üzrə böyük əməkdaşlığı müzakirə etdi
-
- 41 d. əvvəl
-
42 d. əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yarış Bakıya milyonluq iqtisadi impuls verir – Turist xərcləri kəskin yüksəlib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
-
3 saat əvvəl
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır
Birjasından “AZƏRMAŞ GROUP”un istiqrazlarına "yaşıl işıq" - İllik 13%-lə 10 milyon manat toplamaq istəyir
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! ®
Tikintidə bahalaşma sürətlənib - Avqustda xərclər 10-dən çox artıb
Faizi hər ay ödəniləcək: BFB yeni istiqraz buraxılışına icazə verdi - İllik 15% gəlir










.png)










