Dövlət şirkətinin Yevlaxda Əlçatanlıq Zonası istifadəyə verildi
Yevlaxda ehtiyat data mərkəzi istifadəyə verildi.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonası (data mərkəzi) istifadəyə verilib və kommersiya fəaliyyətinə başlayır.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, əlçatanlıq zonaları bulud xidmətlərinin göstərildiyi müxtəlif data mərkəzlərini əhatə edən təcrid edilmiş infrastrukturdur. Bu infrastruktur vasitəsilə bizneslər öz maraqlarına müvafiq olaraq son istehlakçıya yaxınlıq, replikasiya, gecikmə və ya məlumatların qorunması xidmətlərindən faydalana bilərlər. “AzInTelecom” MMC-nin Yevlaxda inşa etdiyi Əlçatanlıq Zonası şirkətin Bakıda yerləşən data mərkəzi kimi “Tier III” beynəlxalq uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatlarına malikdir.
Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən Yevlax Əlçatanlıq Zonasının bütün kritik infrastrukturu “1+1” prinsipi ilə inşa edilib. Konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib. Zonanın mobil tipli layihələndirilməsinin əsas üstünlüyü daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha etibarlı əraziyə daşınmasına imkan verir.
Bakı Data Mərkəzinin bütün xidmətləri Yevlax Əlçatanlıq Zonasında da təqdim ediləcək və bizneslərin tələbindən asılı olaraq həm əsas, həm də rezerv data mərkəzi kimi istifadə oluna biləcək.
Əlçatanlıq Zonası yalnız cari müştərilər üçün deyil, eyni zamanda informasiya sistemlərini “AZCLOUD”a miqrasiya etməmiş müştərilər üçün də rezerv data mərkəzi rolunu oynayacaq.
Burada bulud xidmətləri, biznes həlləri, mərkəzləşmiş informasiya sistemləri və beynəlxalq səs trafiki xidmətləri təqdim ediləcək. Həmçinin fövqəladə hallarda müştərilər informasiya sistemlərinin fasiləsiz fəaliyyətini həyata keçirmələri üçün “DRaaS” (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidməti ilə təmin olunacaq. Bununla da bizneslər təbii fəlakətlər və müxtəlif antropogen insidentlərin təsirindən daha çevik yayınacaq və daha yüksək dayanıqlılıq nümayiş etdirəcəklər. “DRaaS” xidməti istifadəçiləri öz informasiya infrastrukturunu 2 müxtəlif coğrafi məkanda eyni real zaman rejimində aktiv-passiv və ya aktiv-aktiv statusunda istifadə edə biləcəklər. Bundan əlavə “DRaaS” xidməti vasitəsilə tətbiq ediləcək həllər müştəriləri xərclərin azalmasına və daxili resursların daha səmərəli istifadəsinə yönəldərək bizneslərin mövcud bazar konyukturasına daha uyğun dəyər yaratmasına səbəb olacaq.
Hazırda Yevlax Əlçatanlıq Zonası vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.
Əlçatanlıq Zonasının keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradacaq.
Qeyd edək ki, “AZCLOUD” Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda “Tier III” uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatına sahib ilk və ən böyük Əlçatanlıq Zonasıdır.
“AZCLOUD” üzrə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli bulud xidmətləri təqdim edilir. Bu xidmətlərə “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
22 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
22 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 7 d. əvvəl
-
1 saat əvvəl
İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"
-
1 saat əvvəl
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
-
1 saat əvvəl
Xalq Bankın “Əmanət” lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"
Ən çox oxunanlar
Oktyabrın 14-də gözlənilən hava şəraiti
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
Futbol həyəcanı XalqKartla daha sərfəli ®
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
























