Azərbaycanın İT şirkəti “Bestcomp Group”-un xaricdəki uğurları - FOTO
Azərbaycan şirkəti tərəfindən Tacikistanda inşa edilən Məlumat mərkəzinin açılış mərasimi keçirilib.Azərbaycanın informasiya texnologiyaları sektorunun aparıcı İT şirkəti “Bestcomp Group” 2020-ci ildə Tacikistan Maliyyə Nazirliyi üçün "Uptime Institute TIER III" tələblərinə cavab verən ehtiyat Məlumat mərkəzinin (Data mərkəzinin) yaradılması və müvafiq İT infrastrukturunun quraşdırılmasını əhatə edən “Dövlət Maliyyə İdarəetmənin Müasirləşdirilməsi Layihəsi - 2” çərçivəsində Dünya Bankının keçirdiyi tenderlərin qalibi olmuşdur.
2 iyun 2022-ci il tarixində Tacikistanda “Bestcomp Group” tərəfindən inşa edilən Məlumat mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Tacikistan Respublikası hökumətinin və Maliyyə Nazirliyinin, Dünya Bankının yüksək vəzifəli nümayəndələri, Azərbaycanın Tacikistandakı səfirliyinin nümayəndələri və ictimaiyyət xadimləri iştirak ediblər.
“Bestcomp Group” şirkətinin baş direktorunun müavini Xəlil Ələkbərov “açar təhvili” əsasında istifadəyə tam hazır şəkildə sifarişçiyə təhvil verilən bu mürəkkəb layihənin icrasının mərhələləri barədə tədbirin qonaqlarına məlumat verib. O, bildirib ki, Məlumat mərkəzinin yaradılması üçün boş ərazini qəbul edərək, şirkət lazımi hesablamalar aparıb, tələb edilən funksionallıq və göstəricilərə nail olmaq üçün qabaqcıl İT sistemin yerləşdirdiyi lazımi infrastrukturu layihələndirmiş və quraşdırmışdır.
X.Ələkbərov Məlumat mərkəzinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyət göstərməsi üçün beynəlxalq standartlara cavab verən ən müasir texnologiya və avadanlıqdan istifadə olunduğunu xüsusi vurğulayıb. Tədbir iştirakçılarına avtomatlaşdırılmış, nasazlığa davamlı Məlumat mərkəzi real iş rejimində nümayiş etdirildi və müxtəlif texniki imkanları izah edilib.
Dünya Bankının nümayəndəsi Xasan Aliyev çıxışında qeyd edib ki, “Bestcomp Group” tərəfindən tikilən Məlumat mərkəzi Tacikistanda ən qabaqcıl avadanlıqla təchiz edilib: “Mən azərbaycanlı həmkarlarıma minnətdarlığımı bildirirəm və ümid edirəm ki, gələcəkdə də birgə fəaliyyətimiz davam edəcəkdir”.
Öz növbəsində, Azərbaycan Respublikasının Tacikistan Respubliksında səfirinin müşaviri Vüqar İsmayılov bu mürəkkəb layihənin informasiya texnologiyaları sahəsində təkcə öz ölkəsində deyil, həm də regionda lider olan Azərbaycan şirkəti tərəfindən həyata keçirilməsindən məmnun olduğunu bildirib: “Azərbaycan və Tacikistan arasında dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənir. Ölkələr arasında siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri inkişaf edir. Bu münasibətlərin əsasını ölkələr arasında və şəxsən dövlət başçıları arasında qarşılıqlı etimad təşkil edir. Azərbaycan şirkəti tərəfindən həyata keçirilən bu layihə də əlaqələrimizə müsbət təsir göstərir”.
Tacikistan Respublikasınin Maliyyə nazirinin müavini Rukmina Safarzoda çıxışında yeni Məlumat mərkəzinin dövlət əhəmiyyəti daşıdığını və Tacikistanda yeganə modul (konteyner) tipli həll olduğunu qeyd edib.
“Bu gün burada toplaşan şəxslər olmasaydı, biz bu Məlumat mərkəzini qura bilməzdik. Dünya Bankının və Tacikistan Maliyyə Nazirliyinin dəstəyi və maliyyəsi ilə “Bestcomp Group” şirkəti ilə sıx əməkdaşlıq edərək biz bütün komanda ilə çətinlikləri dəf etdik və indi fəxr edirik ki, ölkə üçün böyük əhəmiyyət kəsb edən nəhəng obyekt tikildi və biz məqsədə nail olduq”, - deyə R.Safarzoda bildirib.
Tacikistan Respublikasının maliyyə naziri Qahhorzoda Fayziddin açılış mərasimindəki yekun nitqində Xasan Aliyevin təmsil etdiyi Dünya Bankına minnətdarlığını bildirərək, gələcəkdə Dünya Bankı ilə əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək arzusunda olduğunu bəyan edib, həmçinin yüksək səviyyədə görülən işlərə görə “Bestcomp Group”-a xüsusi təşəkkürünü bildirdi. Nazir, Azərbaycan səfirliyinin əməkdaşlarına müraciət edərək, onların bu tədbirdə iştirakını yüksək qiymətləndirmiş, ölkələr arasında əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu və səfirliyin diqqətinin bunu təsdiq etdiyini qeyd edib.
Dövlətin və elektron hökumətin inkişafı üzrə qəbul edilmiş strategiyaya uyğun olaraq Tacikistan Respublikasında İKT-nin inkişafının prioritetliyi, həmçinin bu Məlumat mərkəzinin tikintisinin İKT-nin, həm də maliyyə menecmentinin inkişafına əlavə təkan verəcəyi vurğulanıb.
Qeyd edək ki, “Bestcomp Group” şirkətlər qrupu məlumatların saxlanması və emalı mərkəzlərinin (Data mərkəzlərinin), informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üçün inteqrasiya olunmuş həllər və xidmətlərin layihələndirilməsi və yaradılması, proqram təminatının hazırlanması, qurum və müəssisələrin idarəetməsinin avtomatlaşdırılması sahəsində böyük uğurlar əldə edib. “Bestcomp Group” Gürcüstan və Özbəkistandakı ofisləri vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında uğurla fəaliyyət göstərir.
2021-ci ilin noyabrında “Bestcomp Group” Tacikistan Respublikası Prezidentinin İcra Aparatında elektron xidmətlərin tətbiqi üçün vahid informasiya məkanının yaradılması məqsədilə “bulud” informasiya və təhlükəsiz telekommunikasiya infrastrukturunun formalaşdırılması üzrə Dünya Bankının növbəti tenderinin qalibi olub.
Sadalanan layihələr Azərbaycanın İKT sahəsində əldə etdiyi bilik və təcrübənin ölkədən kənarda beynəlxalq layihələrdə uğurla tətbiqinin nümunələridir.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 d. əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
1 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
1 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
1 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
1 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə


























