Bakı Fond Birjası kritik infrastrukturunu və rezervləməni “AzInTelecom”un Data mərkəzlərinə etibar edib
Bakı Fond Birjası” kritik infrastrukturunu və məlumatların rezervlənməsini “AzInTelecom” MMC-nin Data mərkəzlərinə etibar edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Bakı və Yevlax Data mərkəzləri vasitəsilə İT infrastrukturuna və sistemlərinə malik olan qurumlara müxtəlif növ bulud xidmətləri təklif edir. Bu xidmətlərdən yararlanan növbəti təşkilat “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, “Bakı Fond Birjası” QSC ilkin mərhələdə İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu və BaaS (Backup-as-a-Service) məlumatların daimi rezervlənməsi xidmətini əldə edib. Nəticədə “Bakı Fond Birjası” QSC məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını və müəssisə üçün mühüm olan məlumatların qorunub saxlanılmasını təmin edir.
Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.
Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanı verir.
Həmçinin virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırılması mümkündür.
Bununla da müəssisələr rezervlənmələrin məlumatların artımı bazasında həyata keçirilməsi hesabına yaddaş və trafik xərclərinə qənaət edilməsi kimi üstünlüklər əldə edirlər.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən Data mərkəzlərinə sahibdir.
“AzInTelecom” MMC Bakı və Yevlax Data mərkəzləri vasitəsilə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli bulud xidmətləri təqdim edir. Bunlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Virtual İP Telefoniya” “Microsoft” və “Oracle” məhsulları daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 21 d. əvvəl
- 39 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib























