“Lider Yanğın” şirkəti cəzalandırılır - lisenziyası ləğv oluna bilər
Dövlət Yanğın Nəzarəti Xidməti müəyyən edib ki, şirkətin yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə etdiyi quru kimyəvi toz maddələrinin kimyəvi tərkibi normativ tələblərə cavab vermir, yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir.Bakıda daha bir müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlama zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllə ünvanında yerləşən “Lider Yanğın” MMC-də ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələr FHN-in Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasında laborator müayinələrdən keçirilib.
Laboratoriya sınaqlarının nəticəsində məlum olub ki, sözügedən maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab vermir və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir.
Qeyd edək ki, baş verə biləcək yanğınların söndürülməsi zamanı kimyəvi tərkibi norma və standartların tələblərinə cavab verməyən maddələrlə doldurulmuş və ya belə maddələrlə tərkibi yenilənmiş yanğınsöndürmə balonlarından istifadə insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, lisenziya üzrə fəaliyyət sahəsində ciddi qanun pozuntusuna yol vermiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllə ünvanında yerləşən “Lider Yanğın” MMC-nin yanğınsöndürmə balonlarının doldurulması və ya tərkibinin yenilənməsi üzrə fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və aşkar olunmuş pozuntuya hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət olunub.
Bununla yanaşı, sözügedən məsələ ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, fəaliyyət növünün həyata keçirilməsi zamanı “Lider Yanğın” MMC tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarının aşkar olunması səbəbindən lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
4 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
6 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib























