Dövlət Radiotezliklər İdarəsinin daha bir xidməti Vahid Elektron Xidmətlər Portalında!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə “AzInTelecom” MMC-nin hazırladığı Vahid Elektron Xidmətlər Portalında növbəti xidmət istifadəyə verilib. Bu, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) təqdim etdiyi “Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətidir.
Hazırda xidmət tam rəqəmsallaşdırılıb. İstifadəçilər radioelektron vasitələrin qeydiyyatı və icazə vərəqəsinin verilməsi ilə bağlı xidmətdən istifadə üçün tələb olunan məlumatları elektron formada doldurmaqla portal üzərindən DRİ-yə müraciət edə biləcəklər.
Bu xidmətdən istifadə üçün istifadəçinin portala elektron qeydiyyatlı girişi tələb olunmur. Fərdi sahibkarlar və hüquqi şəxslər özləri haqqında şəxsi məlumatları və VÖEN-i daxil etdikdən sonra tələb olunan sənədləri əlavə edərək müraciət göndərə bilərlər.
Müraciətlərə 15 iş günü ərzində baxılaraq vətəndaşlara nəticə barədə məlumat verilir.
“Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətinin elektronlaşdırılması xidmətin əldə edilməsini daha da əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı minimuma endirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif internet resursları üzərindən vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlər indi vahid portalda toplanılır. Ümumilikdə 20 xidmət portala inteqrasiya edilib.
Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli elektron xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın və interaktivliyin daha da artırılmasına təkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 39 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM























