“Super KENO” lotereyasında 100 000 manat qazanıldı!
(®) “Azərlotereya” ASC-nin təşkil etdiyi “Super KENO” lotereyasında 100 000 manat qazanılıb. Uduş oyunun 27 oktyabrda keçirilən 22434 saylı tirajında qeydə alınıb. Uduşlu bilet “İntegral Ekspress”in Sabunçu rayonunda yerləşən “Araz” marketdəki məntəqəsindən alınıb.
Hər gün keçirilən “Super KENO” tirajlı lotereya oyununda iştirak etmək üçün biletlərin satışı lotereya terminalları vasitəsi ilə həyata keçirilir. Kuponun üzərində əks olunan oyun lövhələrinin hər birində 1-dən 70-dək nömrələr əks olunur. Lövhələr üzrə bir variantda 10 nömrəni işarələdikdən sonra, ödəniş məbləği seçilir. Bir bilet üçün minimum ödəniş məbləği 1 manatdır. İştirakçı 1, 2, 5 və ya 10 AZN məbləğində ödəniş edərək qazancını müvafiq olaraq 1, 2, 5 və 10 dəfəyə qədər artıra bilər. “Super KENO”da böyük uduşun məbləği 1 000 000 manatdır.
Yeri gəlmişkən, artıq "Super Keno" tirajlı lotereyasını Misli.az saytında onlayn şəkildə bilet alaraq da oynamaq mümkündür. Onlayn oynadıqda, iştirakçılar ilk olaraq qeydiyyatdan keçməli, şəxsi kabinetinə, sonra isə “Super KENO” tirajlı lotereyasına daxil olaraq seçdikləri nömrələri verilmiş müvafiq xanalara daxil etməlidirlər.
“Super KENO”, eləcə də “Meqa 5/36” və “4+4” tirajlı lotereyalarını “Misli” məntəqələri, “Azərpoçt” (Mərkəzi) şöbələri və “İntegral Ekspress”in “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Xətai” metro stansiyalarında yerləşən satış nöqtələrindən əldə etmək mümkündür. 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilərlər.
Qeyd edək ki, tirajlı lotereyalar oyunu hər gün saat 19:45-də keçirilir və “Xəzər” TV, eləcə də “Azərlotereya TV” Youtube kanalı ilə canlı yayımlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















