Prezident fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanı yaradacaq
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdən ötrü, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin müvəqqəti xüsusi idarəetmə orqanı öz funksiyalarını lazımınca yerinə yetirə bilmədiyi halda Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan xüsusi idarəetmə orqanıdır.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”də əksini tapıb.
Mərkəzi idarəetmə orqanının yaradılması ilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır. Həmçinin yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi də dayandırılır və onların funksiyaları mərkəzi idarəetmə orqanı tərəfindən həyata keçirilir. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir. Mərkəzi idarəetmə orqanının fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Mərkəzi idarəetmə orqanının fəaliyyət istiqamətləri aşağıdakılardır:
- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək və bu işləri əlaqələndirmək;
- fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının funksiyalarını həyata keçirmək;
- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyətini təşkil etmək;
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Mərkəzi idarəetmə orqanı aşağıdakı vəzifələri yerinə yetirir:
- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görmək;
- fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasına nəzarət etmək;
- fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vəzifələrini yerinə yetirmək;
- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının işinə rəhbərlik etmək, o cümlədən onun səlahiyyətlərinin həyata keçirilməsinə nəzarət etmək;
- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinə cəlb olunmuş dövlət orqanlarının (qurumlarının), həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;
- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə dövlət mühafizəsi altında olan obyektlərin və həyat əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirləri planlaşdırmaq və həyata keçirmək;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq səlahiyyətlər verildiyi halda, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək;
- Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət tərkibdə yaradılır. Mərkəzi idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Mərkəzi idarəetmə orqanının rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığı mərkəzi idarəetmə orqanının struktur tərkibinin bir hissəsi olur və həmin ərazinin komendantı vəzifəsinə görə mərkəzi idarəetmə orqanı rəhbərinin birinci müavini sayılır. Digər müavinlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla mərkəzi idarəetmə orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Mərkəzi idarəetmə orqanının strukturu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddi fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətləri nəzərə alınmaqla, müəyyən edilir. Mərkəzi idarəetmə orqanının fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır. Mərkəzi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir. Mərkəzi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar mərkəzi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.
Mərkəzi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir. Mərkəzi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar mərkəzi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
11 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
11 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
12 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
14 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























