Özəl qurumlara "qarlı günlərdə təmizlik işlərində fəal olun" çağırışı
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətləri, kommunal və təsərrüfat xidmətlərinə müvafiq hazırlıq tədbirləri görmələri, qışa hazırlıqla bağlı yaradılan qərargahların və aidiyyəti təşkilatların əməkdaşlarının iştirakı ilə treninqlərin keçirilməsi tapşırılıb.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti İdarə, təşkilat və özəl qurumlar, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyətə və Bakı sakinlərinə müraciət edərək qarlı günlərdə təmizlik işlərində fəal olmağa, Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırıb.
Müşavirədə paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib, qeyd edilib ki, son 6 ay ərzində bu hallar 2,5 dəfə azalsa da, yenə də bəzi rayonlarda yer almaqdadır. Toplantıda neqativ halların daha çox qeydə alındığı rayonların İcra Hakimiyyəti başçılarına əraziyə zəif nəzarət və çatışmamazlıqlara görə ciddi xəbərdarlıq edilib. Onların nəzərinə çatdırılıb ki, rayon ərazisində baş verən bütün qanunsuzluqlara şəxsən cavabdehlik və məsuliyyət daşıyırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















