"Azəristiliktəchizat"ın müvəqqəti sədri qaçqın və məcburi köçkünlərdən şikayətləndi
Qaçqın və məcburi köçkünlər “Azəristiliktəchizat”a 6,5 milyon manat borcludur.Cari ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3% təşkil edib.
Bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat" ASC-nin xidmət zonasına 3 istehlakçı qrupu daxildir:
- Əhali istehlakçıları - 3871 bina, 184 minə yaxın mənzil;
- Büdcədən maliyyələşən təşkilatlar - 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə obyekti, 163 büdcədən maliyyələşən digər təşkilat;
- Təsərrüfat hesablı və kommersiya obyektləri - 2081 ədəd.
İ.Mirzəliyevin sözlərinə görə, hesabat dövründə əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8% təşkil edib.
"Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. 1 noyabr 2022-ci il tarixinə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 489,4 min manat ödənilməmiş borc məbləği mövcuddur", - deyə İ.Mirzəliyev qeyd edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















