Azercell-in sertifikatı yeniləndi
(®) Ölkənin lider mobil operatoru “Azercell Telekom” növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçərək növbəti dəfə uyğunluq sertifikatı ilə təltif olunub.
Şirkətin yaydığı məlumatda bildirilir ki, ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin 27-28 oktyabr 2022-ci il ərzində keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib.
Xüsusi antikorrupsiya proqramı Azercell-də artıq uzun müddətdir ki, icra edilir. Proqramın əsas istiqaməti Azercell-in fəaliyyətinin aid olduğu bütün sahələrdə korrupsiyanın qarşısının alınmasına xidmət etmək, biznes etikası davranışının təbliğini, bu yöndə əməkdaşlar və biznes tərəfdaşları üçün təlimlərin təşkil edilməsidir. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes tərəfdaşlarının uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir.
ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Uyğunluq standartı üzrə Sertifikat Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyevaya təqdim edilib. Ş.Əliyeva resertifikasiya mərhələsi zamanı şirkətdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin ekspertlər tərəfindən yüksək qiymətləndirilməsini və Azercell-in ölkədə bu istiqamətdə uyğunluq sertifikatı alan ilk mobil operator olmasını da nəzərə çatdırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























