"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir
(®) Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar”, istifadəçilərinin müxtəlif xidmət kanalları üzrə məmnuniyyət göstəricilərini açıqlayıb. Göstəricilər bütün xidmət kanalları üzrə daxil olan müraciətlər əsasında noyabr ayınadək olan dövr üçün hesablanıb.
İstifadəçilərin mobil təcrübəsini daha da rahatlaşdıran “Nar+” tətbiqinin onlayn çat xidmətinə 88 min müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77% daha çoxdur. Sorğuların sayı artsa da, “Nar+” tətbiqində göstərilən bütün xidmətlərdən abunəçilərin razılıq səviyyəsi azalmayıb, əksinə artaraq 88%-ə çatıb. Qeyd edək ki, tətbiq istifadəçilərə daha çevik imkanlar verir, yeni paketlərin rahatlıqla aktivləşdirilməsinə, izahlı qaimə kimi mühüm əməliyyatların qısa zamanda yerinə yetirilməsinə kömək olur. Bundan başqa, “Nar” internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda “Facebook”,“Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir.
Mobil operatorun ənənəvi xidmət kanallarını seçən abunəçiləri də göstərilən xidməti yüksək qiymətləndirirlər. Belə ki, bu ilin noyabr ayına qədər 777 Çağrı Mərkəzinə zəng edən abunəçilərin xidmətdən razılıq səviyyəsi 89% olub. “Nar”ın yenilənmiş xidmət mərkəzləri və mağazalarında göstərilən xidmətdən razılıq səviyyəsi isə artaraq 98%-ə çatıb.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















