Yüksək Texnologiyalar Parkı innovasiya ekosistemində ilk onlayn platformanı təqdim edir
Yüksək Texnologiyalar Parkı (YTP) innovasiya ekosistemində ilk onlayn platformanı təqdim edir
YTP-nin yaydığı məlumatda bildirilir ki, Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platforması Azərbaycan innovasiya ekosistemində texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə ilk onlayn platformadır (ttcp.az).
Tədqiqatçıların, biznes subyektləri və digər ekosistem iştirakçılarının bir-biriləri ilə əlaqələr qurması, faydalı imkanlar tapması və məlumat şəbəkəsinə daxil olması üçün əlçatan, onlayn mərkəz rolunu oynayır. Həmçinin bir çox funsionallığa malik olan bu platformada istifadəçilər öz xidmətlərini təklif edə və digər xidmətlərdən faydalana bilərlər.
Platformanın məqsədi Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən intellektual kapitalın və yüksək texnologiyaların inkişafında davamlılığa nail olmaq, həmçinin bu sahədə qlobal bazarlarla səmərəli əməkdaşlığı təmin etməkdir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirilən Forumda platformanın təqdimatı keçirilib. Bundan başqa, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İNNOLAND-in rəhbər heyətləri ilə keçirilən görüşlərdə platformanın qısa təqdimatları keçirilib, tələbə və müəllim heyətinin bu platformadan istifadə edərək texnologiyaların kommersiyalaşdırılması proseslərinə cəlb edilməsi tövsiyə olunub.
İndiyə qədər bir çox müəssisələr, tədqiqatçılar, patent vəkilləri, startapçılar və digər kateqoriyadan olan istifadəçilər platformada qeydiyyat keçib, öz xidmətlərini yerləşdirib və müxtəlif layihə və həll metodları təklif ediblər.
YTP ilə STEPİ arasında icra edilən layihə çərçivəsində növbəti 2 il müddətində platformanın fəaliyyətinin daha da genişləndirilməsi, o cümlədən texniki imkanlarının və təşviqat işlərinin miqyasının artırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















