"hesab.az geriləyir" iddialarına cavab verdi
"Qeyd etməliyəm ki, bu sahədə rəqabət ciddi şəkildə artıb".
-Müsahibimiz “GoldenPay”in CEO-su Fərid İsmayılzadədir
-Fərid bəy, hesab.az- da son zamanlar yaman sakitçilikdir. Ciddi yeniliklər görünmür, bu nə ilə əlaqədardır?
-Mən buna fırtınadan öncə sakitlik deyərdim. Əksinə hal-hazırda tam yeni bir hesab.az üzərində iş gedir. Bu uzun prosesdir, bu ilin sonuna, gələn ilin əvvəlinə qədər çəkə bilər. Əslində 2016-cı il üçün nəzərdə tutulmuş idi, sadəcə böhran ilə əlaqəli biz keçən il yeni hesab.az-a fokus ola bilmədik, qaldı bu ilə.
-Yeni hesab.az? Bir az bu barədə ətraflı danışa bilərsiniz?
-Bildiyiniz kimi, bu gün ölkədə kartla internet vasitəsi ilə ödənişlərin 75%-i hesab.az-da baş verir. Bu gün bizi təkrarlayan 7-8 portal və mobil tətbiq peyda olub. Banklar da mobil və internet bankçılıq ödənişlərində aktivləşib.
Düzdür, onların çoxu arxa fonda GoldenPay ödəmə sistemini istifadə edirlər, yenə də qeyd etməliyəm ki, bu sahədə rəqabət ciddi şəkildə artıb. Əslində bu çox gözəldir. İstifadəçilər bu rəqabətdən qazanacaq. Hətta deyərdim ki, yeni yaranmış portal və mobil tətbiqlərdə bizdə olmayan yeniliklər var. Bu funksiyalar nə qədər önəmlidir və nə dərəcədə istifadə olunur, düzü deyə bilmərəm, Amma onların böyümə sürətindən görürük ki, bu sahədə uğurlu olmaq o qədər də asan deyil.
Bazarın lideri kimi, rəqabət bizi vadar etdi ki, hesab.az-ı yeniləyək. Biz tamamı ilə yeni bir hesab.az konseptini hazırladıq və bu ildən etibarən onun yazılması ilə məşğuluq.
300 minə yaxın istifadəçisi olan sistemin yenilənməsi asan deyil və ona görə bu işi elə etmək lazımdır ki, istifadəçilərimiz köhnə hesab.az-dan yenisinə problemsiz keçid etsin. Amma yeni hesab.az təmamilə fərqli olacaq. Hətta deyərdim ki, mükəmməl olacaq. Çoxlu yeni imkanlar, yeni funksiyalar, bonusların xərclənməsi barədə çolxu yeniliklər, tamamı ilə yeni mobil tətbiq, yeni xidmətlər və s. Detallar ilə bağlı bundan artıq deyə bilmərəm. Fürsətdən istifadə edib, istifadəçilərimizə bildirmək istəyirəm ki, bizimlə olsunlar, onları çox xoş bir sürpriz gözləyir. Gələn il təqdimatına gəlib özünüz şahid olacaqsınız ki, çox innovativ bir məhsul yaratmışıq.
-Əla xəbərdir. Səbrizliklə yeni hesab.az-ı gözləyək o zaman. Bəs son zamanlar nağdsız ödənişlərin inkişafı ilə bağlı nə deyə bilərsiniz?
-Nağdsız ödənişlər hər şeydən öncə vərdiş məsələsidir. Altı il əvvəl hesab.az yaranmadan öncə, ölkədə 1-3 milyon manat aylıq dövriyyə var idisə, indi bu dövriyyənin həcmi 15-20 milyon manatdır. Bunu təşkil etmək mümkündür. Təki niyyət olsun. Çoxlu marketinq, təşviq və təbliğat lazımdır. Hər yenilikdə olduğu kimi bunun da özünün “ilkin istifadəçiləri” olur. İngiliscə bunlara “early adopter”lər deyirlər. Sonra həmin ilkin istifadəçilər digər insanları bu yeniliyə çağırır, ondan bəhrələnməyi öyrədir. Məncə bizim kimi şirkətlər, banklar və ödənişləri qəbul edən tərəf iş birliyində olarsa, çox qısa zamanda nəticə əldə etmək olar. Təəssüf ki, bu stakeholderleri bir araya gətirmək çətin olur. Bunu ən gözəl şəkildə təşkil edə biləcək tərəf isə dövlətdir. Xüsusi qaydalar ilə bu tərəfləri bir yerə yığmaq mümkündür. Biz növbəti illərdə nağdsız ödənişlərin payının sürətlə böyüyüyəcəyini düşünürük.
-Fərid bəy, bəs internet uzərindən ödənişlərdə ən böyük çətinliklər indi nədir?
Böhran zamanı ödənişi qəbul edən bütün şirkətlər öz komissiyalarını endirdi. Bu da bizim gəlirlərə ciddi təsir etdi və nəticədə bizim marketinq imkanımız azaldı. Bizim xərclərin ən önəmli hissəsi “interchange” adlanan, ölkədaxili banklararası ödənişlərdir. Bu rəqəmlər ölkəmizdə çox yüksəkdir. Məsələn, qonşu Gürcüstanda bu rəqəm üç dəfə azdır.
Bu, kartı emisisya etmiş bankın kartla edilən ödənişi qəbul edən banka ödədiyi komisyon haqqıdır. Yaxşı bilirsiniz ki, ölkədə kartlar, demək olar ki, 2-3 bankın əlində cəmlənib və bu banklar da xərcin endirilməsinə müqavimət göstərir. Halbuki xərclər enərsə dövriyyəni o qədər artırmaq olar ki, onlar indikindən dəfələrlə daha çox pul qazanar. Hal-hazırda banklar arasında bu tarif barədə danışıqlar gedir.
Mərkəzi Bank banklar arası prosessinq mərkəzi yaratmadan öncə bu işlər əslində daha rahat idi. O zaman Visa və MasterCard təmsilçiləri ilə oturub, rəqəmlərə baxıb, tarifləri müəyyən etmək olurdu. İndi isə 20-30 bank razılaşmalıdır ki, bu da praktiki olaraq mümkünsüzdür. Mərkəzi Bank-dan və ölkəmizdə nağdsız ödənişlərin inkişafına məsul olan dövlət qurumlarından bu məsələyə müdaxilə etməsini və bu "interchange" məsələsinə təsir etməsini gözləyirik.
-GoldenPay öz zirvəsinə çatıbmı?
-Xeyr. GoldenPay planlarımızdan cəmi 10%-ni həyata keçirib. Arzum hesab.az-dan tamamı ilə rəqəmsal bank yaratmaqdır. Bir də İPO etməliyik. Uyğun vaxtı gözləyirik. İmkan daxilində məhsulumuzu başqa ölkələrdə də yaratmaq planlarımız var. Odur ki, hələ görüləsi işlər çoxdur.
-Müsahibə üçün təşəkkürlər Fərid bəy,
-Mən təşəkkür edirəm.
© Banco
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 22 d. əvvəl
-
-
31 d. əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 47 d. əvvəl
-
58 d. əvvəl
Süni intellekt avtomobil alma və servis təcrübəsini Azərbaycanda necə dəyişəcək?
-
1 saat əvvəl
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb
-
1 saat əvvəl
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
-
1 saat əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
1 saat əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
1 saat əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
Ən çox oxunanlar
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib



















