Əliyev Bakı Ağ Şəhərdə görülən işlərlə tanış olub - "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var"
Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.
Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kvartalda görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Kvartalda görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü küçələrin salınması və yolaltı kommunikasiya infrastruktur işləri tamamlanıb. Bunlar, əsasən Qarabağ Atları, 3-cü Şərq, 6-cı Park küçələri və bir sıra digər küçələrdir.
Bununla da artıq Ağ Şəhərin Xəqani Rüstəmov küçəsindən əlavə daha iki küçəsinin Babək prospektinə rahat giriş və çıxışı təmin ediləcəkdir. Prospekt boyunca magistral su xətti, yüksək və orta təzyiqli qaz xətləri, elektrik magistral xətlər köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilib.
Tamamlama işləri çərçivəsində arabalar üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu tumbalar, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti tərəfindən videokameralar quraşdırılıb, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat birliyi tərəfindən yeraltı kommunikasiyalar, “Delta Telecom” MMC tərəfindən isə İT kanal sistemləri çəkilib.
Mərkəzi Park Kvartalı 2017-ci ildə təhvil verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir.
Bildirilib ki, Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir.
Prezident İlham Əliyev Qarabağ Atları Meydanına gələrək burada ağac əkib.
Sonra dövlətimizin başçısı Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.
Meydanla tanışlıq zamanı qeyd olunub ki, ətrafdakı binalarda mağazaların, kafe və restoranların, digər ictimai iaşə obyektlərinin açılması nəzərdə tutulur. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ Atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltəraş Robert Sammers cəlb olunub. Qeyd edək ki, heykəltaraş Dallas şəhərində yerləşən “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri ilə dünyada məşhurdur.
Qarabağ Atları küçəsində avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılıb. Burada Ağ Şəhər layihəsinə uyğun olaraq piyadalar üçün panduslar və yerüstü keçidlər salınıb, eni 6-8 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı qeyd edilib, yaşıllıq zolaqları salınıb, avtomobil və velosiped dayanacaqları yaradılıb, piyadaların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, oturacaqlar quraşdırılıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka birləşir.
Prezident İlham Əliyev avtobusla Bakı Ağ Şəhər Mərkəzi Park Kvartalını gəzib.
Dövlətimizin başçısına məlumat verildi ki, Meydanın ətrafındakı yaşayış binalarının birinin fasadında keramikadan xüsusi hazırlanmış pano quraşdırılıb. Həmçinin burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində müasir dizaynlı çoxfunksiyalı binanın və yaşıllaşdırılmış avtodayanacağın inşası başa çatıb. Bu kommersiya binaları Babək prospekti boyunca yerləşən satış və ticarət məkanlarının davamı olacaq.
Diqqətə çatdırılıb ki, burada, həmçinin Bakı Ağ Şəhərin “landmark”-ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək. Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb. Bu, artıq Bakı Ağ Şəhərdə BREEAM sertifikatlı ikinci ofis binası olacaq, 12 mərtəbəli biznes mərkəzi beynəlxalq standartlara uyğun iş məkanları təklif edəcək. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Parkda gözoxşayan landşaft və incəsənət nümunələri yer alacaq. Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı üzərində yerləşəcək.
Prezident İlham Əliyev: Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var.
Ruslan Sadıxov: Maşallah, cənab Prezident, qoyduğunuz bütün təməllər hamısı uğurlu olur. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır.
Dövlətimizin başçısına Bakı Ağ Şəhər layihəsi çərçivəsində növbəti illərdə görüləcək işlər barədə də məlumat verilib.
Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.
Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 7 d. əvvəl
- 16 d. əvvəl
-
29 d. əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
8 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
8 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
8 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Micron AI "savaşına" 10 milyard dollarla daxil olur
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Ən çox oxunanlar
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)












