Azərbaycanın bölgələri üzrə koronavirusa yoluxanların sayı açıqlandı
İnfeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).Abşeron yarımadasında koronavirusa yoluxanların sayı məlum olub.
"Koronavirusinfo.az"da bildirilir ki, infeksiya daşıyıcılarının 149 nəfəri Bakı şəhər sakinləridir.
Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.
Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.
Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir.
Bundan başqa, Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 9 koronavirusa yoluxma halı qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə də statistikası məlum olub.
İnfeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).
Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəzən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.
Eyni zamanda infeksiya daşıyıcılarının 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.
Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır