Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi.
Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
“Yeni Bakcell-in məqsədi Azərbaycanın dəyərli xalqına innovativ xidmətlər təqdim etməkdir. Yeni brend kimliyimiz zahiri görünüş, məzmun və mövqeləndirmə müstəvisində cəsarətli dəyişiklikləri əks etdirir. Bununla biz, Bakcell daxilində fəaliyyətimizin məqsədini yeni istiqamətə yönləndirəcəyik. Diqqət mərkəzimizdə sırf yeniliklər dayanacaq. Azərbaycana vacib olan və əhəmiyyət kəsb edəcək innovasiyaların gətirilməsi bundan sonra da bizim yolumuzu şimal ulduzu kimi istiqamətləndirəcək”, - Klaus Müller vurğulayıb.
Belə ki, şirkətin yeni vizual həlli 5 dinamik fiqurun ulduz şəklində düzüldüyü və gələcəyə yol açan bir loqonu ərsəyə gətirir. Beləliklə, Bakcell-in şimal ulduzu bəzən insanları, bəzən məkanları, əksər hallarda isə, dəyərli anları birləşdirərək bir-birinə bağlayır. Bu innovativ dizayn Bakcell-in rəqəmsal gələcəyə sürətli sıçrayışının təcəssümüdür.
Mətbuat konfransında süni intellektlə dəstəklənən insanabənzər robot təqdim edən Bakcell şirkəti, bununla Bakcell-in müştəriləri ilə qarşılıqlı əlaqəsi və işçi qüvvəsinin potensialını artırmaq üçün yeni innovativ brend kimliyində süni intellektin istifadəsini təsdiqləyib.
Bakcell-in hədəfi qarşıdan gələn innovasiyalar silsiləsi vasitəsilə bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli mobil şəbəkəni təmin edərək dəyər təkliflərini artırmaqdır.
Ötən il Bakcell şirkəti yeni brend kimliyinin konsepsiyasının hazırlanmasını Meta və Alphabet kimi beynəlxalq miqyasda tanınmış brendlərlə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti “Saffron”a həvalə edib. Bakcell inqilabi yeni innovativ yanaşmanı bütün dəyər zənciri boyunca təqdim etdi. Bakcell əsas təchizatçısı Azerconnect ilə əməkdaşlıq edir və onlar birlikdə Cisco, Huawei, Nokia, Ericsson və digərləri kimi qabaqcıl beynəlxalq təchizatçı və tərəfdaşlarla çalışırlar. Buraya həmçinin Neqsol ailəsi çərçivəsində Vodafone Ukrayna və onun tərəfdaşı Vodafone qlobal da daxildir.
Artıq bir sıra yeniliklərə start verilib. Növbəti günlərdə ChatBot və VoiceBot (Apple-ın Siri-yə bənzər məhsulu) kimi süni intellekt əsaslı danışıq assistentlərimiz müştərilərə təqdim ediləcək. Danışıq assistentlərimiz dərin öyrənmə sahəsində LLM və GPT kimi ən son nailiyyətlərlə təchiz edilmişdir.
Bakcell telefonların satışına başlayır və cihaz ilə birlikdə, yalnız Bakcell kimi bir telekommunikasiya şirkətinin təklif edə biləcəyi və olduqca əlverişli xidmət təkliflərini müştərilərə təqdim edir. Tezliklə Bakcell innovativ və hazırda Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli ev internet xidmətləri təqdim edəcək.
Hər zaman Azərbaycan xalqının yanında olan Bakcell, yenicə elan etdiyi brend kimliyini bugündən başlayaraq bütün ölkə miqyasında, müştəriləri və abunəçiləri ilə qeyd etməyə hazırlaşır. Belə ki, ilk rebrendinq təqdimat tədbiri bu gün, 25 aprel tarixində Bakı Bulvarında baş tutacaq. Tədbirin detalları ilə bağlı məlumat Bakcell şirkətinin sosial media kanallarında paylaşılıb. Növbəti tədbirlər regionlarda davam edəcək.
Şirkət haqqında: Bakcell 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Az əvvəl Bakcell korporativ müştərilərinə sabit kommunikasiya xidmətləri təklif etməyə başlayıb. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 12 d. əvvəl
-
- 13 d. əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
1 gün əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Ən çox oxunanlar
Bank 32-ci filialını Bakıxanovda açdı
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb





















