Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
=Qalibi Azərbaycanı beynəlxalq səhnədə təmsil etmək imkanı qazanacaq. 94 ölkədən 1 300-dən çox müraciət – “INMerge 2026” üçün 120 startap seçilibINMerge 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 000 ABŞ dolları qazanacaq
PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq. Sammit çərçivəsində seçilmiş startaplardan 40-dan çoxu “INBattle” startap yarışmasının səhnəsində çıxış edəcək. Yarışmanın qalibi 50 000 ABŞ dolları məbləğində pul mükafatı ilə yanaşı, “Startup World Cup 2027” səhnəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.
“INMerge 2026” çərçivəsində 94 ölkədən daxil olan 1300-dən çox startap müraciəti arasından seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə iştirakçının bir araya gəlməsi gözlənilir. Bu ilki sammitin əsas istiqamətlərindən biri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.
Sammitdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrində dünya miqyasında tanınan 200-dən çox spiker iştirak edəcək. Onların sırasında beşqat “Grand Slam” çempionu və sahibkar Mariya Şarapova, Google X-in keçmiş baş biznes direktoru Mo Qavdat, Nike-ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir yer alır.
Mariya Şarapova 2025-ci ildə “International Tennis Hall of Fame”ə daxil edilib. Hazırda sahibkar və investor kimi fəaliyyət göstərən Şarapova “Moncler” şirkətinin direktorlar şurasının üzvü və “New York Times Best Seller” siyahısına daxil olmuş kitabın müəllifidir. Mo Qavdat “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, süni intellekt və onun cəmiyyətə təsiri üzrə tanınmış ekspertdir. Qreq Hoffman təxminən 30 il Nike şirkətində çalışaraq təcrübəçi vəzifəsindən baş marketinq direktoru vəzifəsinədək yüksəlib. O, “Emotion by Design” kitabının müəllifidir. Coel Mokir Nortvestern Universitetinin professoru və tanınmış iqtisadi tarixçidir. Texnoloji tərəqqi və iqtisadi artım üzrə tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Spikerlərin tam siyahısı və biletlərlə bağlı ətraflı məlumat inmerge.az saytında təqdim olunur.
“INMerge” haqqında
PAŞA Holding-in təsis etdiyi və təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilən innovasiya və texnologiya sammitidir. Sammit Azərbaycan, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan korporasiyaları, investorları, startapları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək regional əməkdaşlığı dəstəkləyir və Bakının innovasiya mərkəzi kimi inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
“30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
- 23 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 37 d. əvvəl
-
53 d. əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
-
1 saat əvvəl
Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var? – ƏTRAFLI ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanda tikinti materialı istehsalı artb
Ən çox oxunanlar
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























