970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

Vergi nəzarətində yeni yanaşma – Yoxlamalar ödəyicinin risk dərəcəsinə əsaslana bilər. Vergi ödəyicilərinə risk balı verilə bilər. Qaydalara əməl edən biznesin inzibati yükü azaldıla bilər. Az məbləğli vergi borcları üzrə dəstək avtomatik tətbiq oluna bilər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda vergi ödəyicilərinin risk dərəcələrinə görə yoxlanılması nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Elmir Qarayev Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.

Reklam_3_11

"Müəssisələrin yaradılması, vergi borclarının ödənilməsinin təxirə salınması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi və xüsusilə az məbləğli borclar üzrə müvafiq dəstək alətlərinin avtomatik qaydada tətbiqi istiqamətində işlər aparırıq. Məqsədimiz odur ki, vergi borcunun yaranması və ödənilməsi heç kim üçün çətin bir prosesə çevrilməsin. Vergilərin hesablanması və ödənilməsi zərurəti yarandıqda dövlətin dəstək mexanizmləri maksimum dərəcədə sadə və prosedur baxımından əlçatan olmalıdır", - deyə o qeyd edib.

Vergi rəsmisi həmçinin deyib ki, məşğulluq kontekstində digər gözlənti qanunvericiliyə əməl olunması, xüsusilə də yeni iş yerlərinin yaradılmasının mütləq qaydada rəsmi məşğulluqla müşayiət edilməsidir:

"Bu, ilk növbədə, biznes subyektlərinin özündə korporativ mədəniyyətin formalaşmasının əsas amillərindən biridir. Gözləntilərimizdən biri də budur ki, istənilən inkişaf və böyümə prosesi mütləq qaydada qanunvericiliyin tələblərinə uyğun şəkildə müşayiət olunmalıdır. Biz də öz tərəfimizdən inzibati nəzarət mexanizmlərini minimum səviyyədə saxlamaq üçün ödəyicilərin risk dərəcələrinə əsaslanan skorinq mexanizminin tətbiqini nəzərdə tuturuq. Bu mexanizm nəzarətin mümkün qədər selektiv aparılmasına imkan verməlidir ki, qanunvericiliyə əməl edən şəxslər inzibati tədbirlərə məruz qalmasınlar.

Gözləntimiz odur ki, təqdim olunan güzəştlərlə yanaşı, inzibati yükün də yüngülləşdirilməsi və prosedurların sadələşdirilməsi biznes subyektlərinin fəaliyyətini asanlaşdırsın. Eyni zamanda, biznes subyektləri də bu çağırışlara cavab verməli, təqdim olunan imkanlardan istifadə edərək qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Rəsmi məşğulluğun təmin edilməsi biznes subyektlərində korporativ mədəniyyətin ayrılmaz hissəsinə çevrilməlidir".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

vergi yoxlamaları vergi ödəyicilərinin risk dərəcəsi vergi risk balı vergi skorinqi Dövlət Vergi Xidməti Elmir Qarayev vergi nəzarəti vergi borcuna möhlət az məbləğli vergi borcları rəsmi məşğulluq
19.11.2026 13:12
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19