970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Xocalı”nın sertifikatları yenilənib, gəmi ABŞ-yə yola düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xocalı”nın sertifikatları yenilənib, gəmi ABŞ-yə yola düşüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi Çində yerləşən "Zhoushan Xinya" gəmiqayırma zavodunda RINA (Registro Italiano Navale) beynəlxalq təsnifat cəmiyyətinin nəzarəti altında aralıq yoxlamadan uğurla keçib. Bir ay davam edən prosesin yekununda RINA tərəfindən gəminin müvafiq sertifikatları yenilənib.

ASCO-nun yaydığı məlumatda bildirilir ki, yoxlama çərçivəsində "Xocalı"nın texniki vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, əsas mexanizm və sistemlərinin genişmiqyaslı təmir işləri həyata keçirilib. Belə ki, gəminin üst göyərtəsi tam rənglənib, baş mühərrik əsaslı təmir olunub, yanacaq və ballast sistemlərinə xidmət göstərilib.

Təmir işləri çərçivəsində yaşayış sahələri və mətbəxin havalandırılması üçün yeni hava qutusu hazırlanıb. Bundan başqa, hər üç köməkçi mühərrikin tənzimləyicisi əsaslı təmir edilib, qazan təmizlənərək yoxlanılıb, təhlükəsizlik klapanlarının təzyiq sınaqları aparılıb.

Aralıq yoxlama və təmir işlərinin tamamlanmasından sonra “Xocalı” ABŞ-nin Kaliforniya ştatında yerləşən Vilminqton limanına yola düşüb. Gəminin dekabrın əvvəllərində təyinat limanına çatması planlaşdırılır.

Qeyd edək ki, 2024-cü il mayında Çində istismara qəbul edilən “Xocalı” ASCO-nun “Handysize” tipli ilk quru yük gəmisidir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15 metr olan gəminin suya oturumu 10,47 metr, ümumi yükgötürmə qabiliyyəti 38 593 ton, maksimal sürəti isə 15,7 düyündür.

Beş yük anbarına malik nəhəng gəminin göyərtəsində hər birinin yükgötürmə qabiliyyəti 30 ton olan dörd kran yerləşir. Kranların hər biri bütün yük anbarlarına xidmət göstərə bilir, qolları isə dayandıqları nöqtədən 26 metrədək məsafəyə uzanır.

Minimal suya oturumla yüksək yükgötürmə qabiliyyətinin birləşdirilməsi “Xocalı”nın əsas texniki üstünlüklərindəndir. Bu xüsusiyyət gəminin müxtəlif su dərinliyinə malik limanlara, o cümlədən dayaz limanlara daxil olmasına imkan yaradır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

19.11.2026 11:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19