970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində “Best Private Bank in Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) adına layiq görülüb. Bununla da Birbank Private bu nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk Azərbaycan bankı olub.

2009-cu ildə təsis edilən “Global Private Banking Awards” mükafatı “Financial Times Group”un nəşrləri olan “Professional Wealth Management” (PWM) və “The Banker” jurnalları tərəfindən birgə təşkil olunur. Mükafatlar dünya miqyasında özəl bankçılıq qruplarının keyfiyyət və kəmiyyət göstəricilərini qiymətləndirir. Müraciətlər müxtəlif regionlardan olan sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilir, Əsas Fəaliyyət Göstəricilərinin təhlili isə PWM tərəfindən həyata keçirilir.

Bu mükafat Birbank Private-ın son illərdə əldə etdiyi əhəmiyyətli inkişaf göstəricilərinin nəticəsidir. Belə ki, son iki il ərzində idarə olunan aktivlərin həcmi iki dəfədən çox artıb. Təkcə 2025-ci ildə bu göstərici 50,9% yüksəlib. Eyni dövrdə müştəri bazasında 71,8%, orta müştəri balansında isə 20,8% artım qeydə alınıb.

Birbank Private müştərilərinə fərdi bankçılıq yanaşması, xüsusi maliyyə həlləri və gündəlik həyatlarını daha rahat edən geniş çeşidli premium xidmətlər təqdim edir. Müştərilər fərdi xidmət, prioritet dəstək və müxtəlif eksklüziv üstünlüklərdən yararlanmaqla yanaşı, bank əməliyyatlarını məsafədən və operativ şəkildə həyata keçirə bilirlər.

Birbank Private-ın əsas fəaliyyət prinsiplərindən biri müştəri sayının artırılmasından daha çox, mövcud müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulmasına üstünlük verməkdir. Bu məqsədlə hər bir müştəriyə fərdi müştəri meneceri, şəxsi investisiya portfelinin idarə edilməsi, fərdi kredit təklifləri, eləcə də milli və xarici valyutada depozit məhsulları təqdim olunur. Maliyyə bazarlarında dəyişkənlik müşahidə olunduğu zaman isə müştəri menecerləri qabaqlayıcı şəkildə müştərilərlə əlaqə saxlayaraq strategiyaları onların fərdi məqsədlərinə və bazardakı dəyişikliklərə uyğunlaşdırırlar.

Qeyd edək ki, Birbank Private 2025-ci ildə də International Investor nəşri tərəfindən “Best Private Banking Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) mükafatına layiq görülüb. Yeni mükafat bankın beynəlxalq səviyyədə tanınmasını və Azərbaycanın özəl bankçılıq bazarındakı mövqeyini daha da gücləndirir.

Birbank Private Birbank-ın yüksək gəlirli və fərdi bankçılıq xidmətlərinə ehtiyac duyan müştərilər üçün nəzərdə tutulmuş premium bankçılıq xidmətidir. Müştərilərə fərdi münasibətlərin idarə edilməsi, investisiya və portfel həlləri, xüsusi kredit və depozit məhsulları, eləcə də müxtəlif premium xidmətlər təqdim olunur. Fərdi yanaşmanı, maliyyə ekspertizasını və rəqəmsal rahatlığı bir araya gətirən Birbank Private etibarlı və uzunmüddətli müştəri münasibətləri qurmağı, Azərbaycanda özəl bankçılıq təcrübəsini davamlı olaraq inkişaf etdirməyi hədəfləyir

Birbank Private Azərbaycanın ən yaxşı özəl bankı Best Private Bank in Azerbaijan 2026 Global Private Banking Awards 2026 Professional Wealth Management (PWM) The Banker Financial Times Group Azərbaycanda özəl bankçılıq Birbank premium bankçılıq idarə olunan aktivlər investisiya portfelinin idarə edilməsi fərdi bankçılıq xidmətləri fərdi kredit və depozit təklifləri International Investor Best Private Banking Azerbaijan 2025
18.11.2026 13:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19