970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Neftin bir bareli üçün hər 1 dollar Azərbaycan büdcəsinə ildə 200 milyon dollar gəlir gətirir"

AzVak-mobil_resmin_ustu_31
"Neftin bir bareli üçün hər 1 dollar Azərbaycan büdcəsinə ildə 200 milyon dollar gəlir gətirir"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda maliyyə cəhətdən ən dayanıqlı suveren borcalan statusunu qoruyur, lakin ölkə iqtisadiyyatının potensial artım templəri ortamüddətli perspektivdə ildə 2-3 % səviyyəsi ilə məhdudlaşır.

Niderlandın ING maliyyə qrupunun analitik icmalına görə, Azərbaycanın suveren balansının dayanıqlığı böyük və artmaqda davam edən fiskal və valyuta ehtiyatları (ÜDM-in 115 %-nə bərabər), dövlət borcunun aşağı səviyyəsi və möhkəm xarici balansla dəstəklənir.

Reklam_3_11

ING analitiklərinin qiymətləndirmələrinə görə, karbohidrogenlərin yüksək qiymətləri ölkənin qısamüddətli büdcə və xarici iqtisadi perspektivlərini gücləndirib, eyni zamanda qeyri-neft sektorunda işgüzar fəallığı dəstəkləyib.

Bununla yanaşı, ekspertlər güclü maliyyə buferləri ilə baza iqtisadi artım templəri arasında təzadın olduğunu qeyd edirlər. Neft hasilatının azalması, iqtisadiyyatın zəif şaxələndirilməsi və özəl investisiyaların aşağı səviyyəsi ÜDM-in artım potensialını təqribən 2-3 % səviyyəsində məhdudlaşdırmaqda davam edir.

İcmala əsasən, Azərbaycanda ÜDM-in artım səviyyəsi ardıcıl olaraq ikinci ildir (2025-2026-cı illərdə) ki, ilin əvvəlində neft-qaz sektorunun zəif göstəriciləri səbəbindən orta göstəricilərdən aşağıdır. Bununla yanaşı, enerji daşıyıcılarının yüksək qiymətlərindən qaynaqlanan maliyyə axınları qeyri-neft sektorunu dəstəkləyir: 2026-cı il ərzində kreditləşmənin aktivləşməsi fonunda pərakəndə ticarət və qeyri-neft sənayesinin artım templəri sürətlənib.

ING ortamüddətli perspektivdə artım templərinin bərpa olunacağını gözləyir, lakin sürətləndirilmiş diversifikasiya olmadan artım tavanı 2-3 % səviyyəsində qalacaq. Əhalinin istehlak xərcləri getdikcə daha çox pərakəndə kreditləşməyə əsaslanır, çünki real gəlirlərin artımı istehlakı ödəmək üçün kifayət etmir.

Ölkənin büdcə siyasəti neft bazarındakı əlverişli qiymət konyunkturasından dəstək alır. Yanacaq ixracının fiziki həcminin azalması daha yüksək qiymətlərlə kompensasiya olunur, bunun nəticəsində qeyri-neft büdcəsinin ÜDM-in təqribən 10 %-i həcmində stabil kəsiri fonunda konsolidə edilmiş büdcə ÜDM-in təxminən 2 %-i səviyyəsində qənaətbəxş profisitini qoruyub saxlayır. Büdcənin xərc hissəsinə yüksək investisiya xərcləri, həmçinin sosial və müdafiə xərclərinin artması təzyiq göstərməkdə davam edir (qonşu İrandakı hərbi münaqişə müdafiə və təhlükəsizlik xərclərinin artması üçün əlavə risklər yaradır).

ING-nin hesablamalarına görə, neftin bir bareli üçün hər 1 dollar Azərbaycan büdcəsinə illik ifadədə 150-200 milyon dollar gəlir gətirir. Bu, ötən il kəsmə qiymətini bir barel üçün təqribən 59 dollar səviyyəsində stabil saxlamağa imkan verib. Dövlət xərclərinin artması səbəbindən yaxın illərdə kəsmə qiymətinin gözlənilən artımı nəzərə alınsa belə, ING-nin neft qiymətləri üzrə baza proqnozu növbəti üç ildə Azərbaycanın büdcə profisitini qoruyub saxlayacağını nəzərdə tutur.

Azərbaycanda inflyasiya riskləri ərzaq məhsullarının bahalaşması, eləcə də qlobal nəqliyyat və xammal xərclərinin artması səbəbindən qismən artıma doğru meyllənib ki, bu da istehsalçı qiymətləri indeksinə təzyiqi artırıb. Əsas proinflyasiya riski Yaxın Şərqdə cərəyan edən hadisələr və ölkənin avrozona ilə ticarət əlaqələri fonunda idxal olunan inflyasiyadır. Buna baxmayaraq, manatın məzənnəsinin dollara bağlı olması xarici qiymətlərin istehlak bazarına ötürülməsini məhdudlaşdıran etibarlı nominal lövbər olaraq qalır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda (4±2%) qalması fonunda ING ortamüddətli perspektivdə uçot dərəcəsinin dəyişməz qalacağını gözləyir. Monetar siyasətə yenidən baxılmasına yalnız inflyasiyanın davamlı olaraq 6 %-i keçdiyi təqdirdə ehtiyac yaranacaq.

Neftin yüksək qiymətləri 2025-ci ildə müşahidə olunan mənfi dinamikanı neytrallaşdıraraq tədiyə balansının göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Analitiklərin qiymətləndirmələrinə görə, neftin bir bareli üçün hər bir 10 dollar ölkənin illik ixracına ÜDM-in təqribən 4 %-ni əlavə edir. Bununla əlaqədar 2026-cı ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 12 %-nə çata bilər.

Yığılmış suveren aktivlər (ÜDM-in 115 %-i) manatın məzənnəsinin stabilliyini təmin etməyə davam edəcək, uzunmüddətli perspektivdə isə karbohidrogen hasilatının azalması və ixracın zəif diversifikasiyası xarici balans profisitini tədricən azaldacaq.

Suveren kredit profili üzrə ING analitikləri fundamental mənzərəni müsbət qiymətləndirirlər: Azərbaycanın reytinqləri "Moody"s" agentliyindən əldə edilmiş müsbət proqnozlu investisiya kateqoriyasındadır (IG). Ölkə enerji daşıyıcılarının qiymətlərindəki sıçrayışın əsas benefisiarlarından biri olaraq qalır və Ermənistanla davam edən sülh prosesi isə son illərin irəliləyişi nəzərə alınmaqla, ekspertlər tərəfindən əlavə müsbət katalizator kimi nəzərdən keçirilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

18.11.2026 12:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19