Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda pensiyaçıların sayı azalıb

AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda pensiyaçıların sayı azalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Statistika Komitəsi ölkədə sosial təminat haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2026-cı il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1094,2 min (ötən ilin oktyabrın 1-i vəziyyətinə 1100,0 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,6 faizini təşkil edir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 595,8 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilib.  

2026-cı ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə birdəfəlik müavinətlər verilib.

2026-cı il oktyabrın 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 99,0 manat təşkil edib.

Müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Azərbaycanda orta pensiya 2026-cı ildə pensiya pensiyaçıların sayı Dövlət Statistika Komitəsi Dövlət Sosial Müdafiə Fondu ünvanlı dövlət sosial yardımı uşağın doğulmasına görə müavinət birdəfəlik sosial müavinətlər Prezident təqaüdü
18.11.2026 10:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19