Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan və Gürcüstan elektrik enerjisi mübadiləsini və yaşıl enerji dəhlizlərini müzakirə ediblər

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan və Gürcüstan elektrik enerjisi mübadiləsini və yaşıl enerji dəhlizlərini müzakirə ediblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin, ölkələrimizin rəhbərlərinin qarşılıqlı etimada əsaslanan əlaqələrinin strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Energetikanın ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olduğu qeyd edilərək neft, qaz, elektrik enerjisi və tranzit sahələrində birgə fəaliyyətin nəticələrindən bəhs olunub. Birgə həyata keçirilən layihələrin ölkələrimizin və regionun enerji təhlükəsizliyindəki rolu, SOCAR-ın Gürcüstandakı fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrə töhfələri qeyd edilib. Enerji layihələrinin əhəmiyyətinin iki ölkənin hüdudlarından kənara çıxdığı, regional bağlantıların genişləndirilməsinə xidmət etdiyi bildirilib. Son dövrdə imzalanmış sazişlərin enerji əməkdaşlığını daha da gücləndirəcəyinə inam ifadə edilib.

Görüşdə iki ölkənin elektrik enerjisi sistemlərinin paralel iş rejimləri və qarşılıqlı enerji mübadiləsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerji dəhlizləri və Avropa ilə enerji bağlantılarının inkişafı üzrə əməkdaşlığın perspektivlərinə də toxunulub.

Azərbaycan–Gürcüstan enerji əməkdaşlığı Pərviz Şahbazov Mariam Kvrivişvili elektrik enerjisi mübadiləsi elektrik enerjisi sistemlərinin paralel işi yaşıl enerji dəhlizləri Avropa ilə enerji bağlantıları SOCAR-ın Gürcüstandakı fəaliyyəti enerji tranziti
18.11.2026 10:36
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19