970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Toy süfrəsində camış əti və süni kürü - Şadlıq saraylarının adları açıqlandı

Menyuda göstərilməyən camış əti və süni kürü. “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall”, “Sarı Gəlin”, "Çıraq Palace", "Meridian Luks", "Mirana", "İnci" şadlıq saraylarında və "Stolovaya №8" restoranında nöqsanlar aşkarlanıb.
AzVak-mobil_resmin_ustu_31
Toy süfrəsində camış əti və süni kürü - Şadlıq saraylarının adları açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. 

Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. 

Reklam_3_11

Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Əlavə olaraq 4 şadlıq sarayında ("Çıraq Palace", "Meridian Luks", "Mirana" və "İnci" şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. 

Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir.

Bakı şadlıq sarayları şadlıq saraylarında yoxlama 47 şadlıq sarayı 41 şadlıq sarayında pozuntu toy menyusunda camış əti şadlıq saraylarında süni kürü baytarlıq sənədi olmayan ət toy süfrəsində qida təhlükəsizliyi Manisa şadlıq sarayı Meridian Luks Mirana Vegas City Hall Sarı Gəlin şadlıq sarayı Çıraq Palace İnci şadlıq sarayı Stolovaya №
17.11.2026 18:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19