Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avans subsidiyasına EKTİS üzərindən müraciət etmək imkanı təmin edilib, payızlıq əkinlər üzrə fermerlər noyabr ayının sonunadək, yazlıq əkin aparacaq fermerlər 2027-ci ilin fevral, mart ayları ərzində bəyanla eyni zamanda müraciətlərini sistemə bildirə bilərlər

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə yaranan ilkin maliyyə ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə ölkədə ilk dəfə avans subsidiyası mexanizmi tətbiq edilir. Aqrar Subsidiya Şurasının 2027-ci il üzrə qərarına əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər gözlənilən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmadan əvvəl avans şəklində əldə edə biləcəklər. Avans subsidiyasına müraciət artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən mümkündür.

Yeni mexanizmin tətbiqində əsas məqsəd fermerlərin əkin mövsümünün başlanğıcında toxum, gübrə, yanacaq və aqrotexniki xidmətlərlə bağlı xərclərinin vaxtında qarşılanmasına, əkin prosesinin fasiləsiz və keyfiyyətli təşkilinə dəstək göstərilməsidir.

Avans subsidiyasından kimlər yararlana bilər?

Avans subsidiyası aşağıdakı meyarlara cavab verən kənd təsərrüfatı istehsalçılarına şamil olunur:

  • Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş siyahıya daxil olan (Çəltik, Qarğıdalı, Darı, Sorqo, Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), Günəbaxan, Kartof, Tərəvəz, Bostan bitkiləri) yazlıq və payızlıq birillik bitkiləri becərən istehsalçılar;
  • EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan şəxslər;
  • Ümumi əkin sahəsi 5 hektardan 100 hektaradək olub çıxarışı olan fermerlər;
  • Torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edən fermerlər.

Müraciət və monitorinq prosesi

Avans subsidiyasının verilməsi tam rəqəmsal mexanizm əsasında həyata keçiriləcək. Bunun üçün fermerlər əkin sahələrini EKTİS-də bəyan etməli və koordinatlarını daxil etməlidirlər. Müraciətin təsdiqlənməsi qeyd edilən şərtlərə uyğun fermerlrərin əkin hazırlığı (şum) işləri apardığı müşahidə edildikdən sonra mümkün olacaq.

Əkin sahələrinin əkinə hazırlıq vəziyyətinin müəyyənləşdirilməsi və monitorinqi müasir rəqəmsal texnologiyalar və süni intellekt həllərindən istifadə edilməklə aparılacaq. Bu yanaşma subsidiyaların daha operativ, şəffaf və obyektiv şəkildə təqdim olunmasına imkan verəcək.

Fermerlər elektron kabinetlərində şum işlərinin aparılıb-aparılmadığı barədə süni zəka ilə yoxlama nəticələrini, əldə etdikləri reytinqin göstəriciləri və inkişaf etdirmə istiqamətləri ilə bağlı məlumatları görmə imkanına sahib olacaqlar.

Avans subsidiyası çərçivəsində gözlənilən əkin subsidiyasının 30 faizi fermerə əvvəlcədən ödəniləcək. Əkin faktı təsdiq edildikdən və subsidiyanın ödənilməsi üçün nəzərdə tutulan digər müvafiq prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizlik hissəsi növbəti il fermerin hesabına köçürüləcək.

Qeyd edək ki, avans subsidiyası mexanizminin tətbiqi fermerlərin əkin mövsümündə maliyyə imkanlarının genişləndirilməsi ilə yanaşı, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və əkin prosesinin səmərəli təşkilinə xidmət edəcək.

2027 əkin subsidiyası avans subsidiyası 30 faiz subsidiya avansı fermerlərə subsidiya EKTİS müraciət əkin subsidiyası şərtləri payızlıq əkin subsidiyası yazlıq əkin subsidiyası fermer reytinqi əkin bəyanı Aqrar Subsidiya Şurası
17.11.2026 16:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19