BOKT istiqrazlarının illik faizini 18%-dən 15%-ə endirib
“International” BOKT istiqraz faizini 3 faiz bəndi azaltdı, müddəti bir il qısaltdıBank olmayan kredit təşkilatı “International” ASC üç istiqraz buraxılışının yekun şərtlərini dəyişib. İstiqrazlar üzrə illik faiz dərəcəsi 3 faiz bəndi azaldılaraq 18%-dən 15%-ə endirilib, tədavül müddəti isə 36 aydan 24 aya qısaldılıb.
Marja.az şirkətin ümumi yığıncağının 5 oktyabr 2026-cı il tarixli 3 saylı protokolundan çıxarışa istinadən xəbər verir ki, dəyişiklikləri “International” ASC-nin 10 min səhminin hamısına sahib olan yeganə səhmdarı Rifat Həsənov təsdiqləyib.
İdarə Heyətinin sədri Nicat Həsənov dəyişiklik təklifini bazar şərtlərinin təhlili və təşkilatın maliyyə dayanıqlığının təmin edilməsi ilə əsaslandırıb.
Qərar Azərbaycan Mərkəzi Bankının 9 iyul 2026-cı ildə dövlət qeydiyyatına aldığı AZ2053021021, AZ2054021020 və AZ2055021029 nömrəli buraxılışlara, yəni 6, 7 və 8 saylı yekun şərtlərə aiddir. Protokolda hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd adlı, faizli, sənədsiz və təmin edilməmiş istiqraz göstərilir.
Yeni şərtlərə əsasən, faizlər müvafiq buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək. Protokoldakı hesablama qaydasına görə, bir istiqraz üzrə 30 günlük faiz ödənişi 1 manat 25 qəpik təşkil edir. İstiqrazların nominal dəyəri ilk yerləşdirmə tarixindən 24 ay sonra ödəniləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 16 d. əvvəl
- 25 d. əvvəl
- 33 d. əvvəl
-
55 d. əvvəl
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
-
1 saat əvvəl
BDU-da rektor dəyişikliyi – Elçin Babayev vəzifədən azad edildi, Məleykə Abbaszadə təyin olundu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Alen Simonyan gələn ay Azərbaycana gələcək
İrana yeni zərbə ehtimalı nefti bahalaşdırıb
Ən çox oxunanlar
1 trilyon 300 milyard avroluq bank qrupu yaranır
Azərbaycan neftinin son qiyməti
Britaniyanın müdafiə sənayesi nəhəngi BAE Systems 1 070 iş yerini ixtisar etməyi planlaşdırır
“Aqrarkredit” 23 lot üzrə əmlak və 5 şirkət üzrə borc tələb hüquqlarını satışa çıxarır
Çinin Jetour şirkəti Braziliyada T1 və T2 istehsalına başlayacaq — 68 milyon 600 min dollarlıq əlavə sərmayə
Rəsmi məzənnələr açıqlandı
























