“Claude”un yaradıcısı Anthropic 81 milyard dollarlıq IPO ilə SpaceX-in ilkin rekordunu keçdi
“Claude”un yaradıcısına 1 trilyon 500 milyard dollarlıq qiymət — Anthropic Nasdaq-a çıxır. SpaceX-in ilkin IPO rekordu keçildi — Anthropic-dən 81 milyard dollarlıq yerləşdirmə. Anthropic-in IPO-su 93 milyard dolları keçə bilər — əlavə səhm alışı üçün 30 günSüni intellekt modelləri hazırlayan Anthropic və onun yeddi həmtəsisçisi səhmlərin ilkin kütləvi təklifi (IPO) çərçivəsində 980 milyon səhmi 83 ABŞ dollarından satışa çıxarıb. Təklifin ümumi həcmi 81 milyard 340 milyon dollar təşkil edib.
Marja.az Anthropic-in açıqlamasına istinadən xəbər verir ki, şirkətin səhmlərinin noyabrın 19-da Nasdaq birjasında “ANT” simvolu ilə ticarətə başlaması gözlənilir.
IPO qiyməti əvvəl açıqlanmış 70–78 dollarlıq diapazonun yuxarı həddini 5 dollar və ya 6,4 faiz üstələyib. Satışa çıxarılan səhmlərin sayı da ilkin plandan 155 milyon ədəd və ya 18,8 faiz çox olub. Reuters-in məlumatına görə, IPO qiyməti əsasında şirkətin bazar dəyəri təxminən 1 trilyon 500 milyard dollar səviyyəsində hesablanır. a
Təklifin ümumi məbləğinin təxminən 79 milyard 380 milyon dolları Anthropic-in, 1 milyard 960 milyon dolları isə həmtəsisçilərin satdığı səhmlərin payına düşür. Məbləğlər yerləşdirmə xərcləri çıxılmadan hesablanıb.
Anthropic IPO-nun baza həcminə görə SpaceX-in iyunda qeydə aldığı 75 milyard dollarlıq rekordu 6 milyard 340 milyon dollar və ya 8,5 faiz üstələyib. SpaceX-də əlavə səhm alışı opsionu tam istifadə edildikdən sonra yekun məbləğ 85 milyard 700 milyon dollara çatmışdı. Anthropic də anderrayterlərə 30 gün ərzində 147 milyonadək əlavə səhm almaq hüququ verib. Opsion tam istifadə olunarsa, təklifin ümumi həcmi təxminən 93 milyard 540 milyon dollara yüksələ bilər. updated
Gəlirlər kəskin artıb, xalis zərər 104 milyard dollara çatıb
CNBC-nin Anthropic-in prospektinə istinadən yaydığı məlumata görə, şirkətin 2026-cı ilin ilk doqquz ayında gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 200 faiz artaraq 33 milyard 240 milyon dollara çatıb. Xalis zərər isə 25 milyard 100 milyon dollardan 104 milyard dollara yüksəlib. Zərərin böyük hissəsi konvertasiya olunan borc alətlərinin və törəmə maliyyə öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə bağlı olub.
Şirkətin cari gəlir tempinin illikləşdirilməsi ilə hesablanan göstərici oktyabrın sonunda təxminən 81 milyard dollara çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 10 milyard dollar və ya təxminən 14 faiz artım deməkdir.
2021-ci ildə OpenAI-dan ayrılan bir qrup tədqiqatçının yaratdığı Anthropic əsasən korporativ müştərilərə xidmət göstərir. 2026-cı ildə gəlirlərin sürətli artımında proqramlaşdırma üçün nəzərdə tutulan “Claude Code” alətinə tələbat mühüm rol oynayıb. Google, Microsoft, Nvidia və AMD-nin də daxil olduğu bir qrup texnologiya şirkəti IPO qiyməti ilə ümumilikdə 26 milyard dollarlıq səhm almağa razılaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
17 d. əvvəl
“Claude”un yaradıcısı Anthropic 81 milyard dollarlıq IPO ilə SpaceX-in ilkin rekordunu keçdi
-
13 saat əvvəl
Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
-
13 saat əvvəl
Uoller FED-i dekabrda faizi 0,5 faiz bəndi artırmağı nəzərdən keçirməyə çağırıb
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün ®
- 16 saat əvvəl
-
17 saat əvvəl
Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Hansı karqo şirkəti şikayətlərə daha tez cavab verir? - Karqo şirkətlərinin şikayət göstəriciləri açıqlandı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün ®
“İdeal Kredit”in xalis mənfəəti 2 dəfədən çox artıb
Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır
Sumqayıt Sənaye Parkında yeni şirkət - 60 milyon manata kağız istehsalı layihəsi həyata keçirəcək
Naxçıvanın yanacaqla təchizatı ilə bağlı SOCAR-dan açıqlama

























