970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
“30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında hədiyyə sevinci davam edir! Fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilən növbəti iki tirajın nəticələrinə əsasən daha 14 nəfər iPhone 17 Pro smartfonunun, 2 nəfər isə Toyota Corolla Cross avtomobilinin sahibi olub.

Beləliklə, lotereya çərçivəsində indiyədək Fakturasız xətt abunəçilər üçün keçirilən dörd tirajın nəticəsində ümumilikdə 28 iPhone 17 Pro smartfonu və 4 Toyota Corolla Cross avtomobili qaliblərə təqdim olunub. Hər tirajda 7 smartfonun qalibi gündəlik toplanan lotereya şansları, 1 avtomobilin qalibi isə həftə ərzində formalaşan şanslar arasından müəyyən edilir.

Hədiyyə qazanmaq fürsəti qarşıdakı həftələrdə də davam edəcək. Fakturasız xətt abunəçiləri üçün növbəti tirajlar 24 noyabr, 1, 8 və 15 dekabr tarixlərində, Fakturalı xətt abunəçiləri üçün isə 30 noyabr və 30 dekabr tarixlərində keçiriləcək.

Lotereyada iştirak etmək üçün Azercell tətbiqinin “Lotereya” bölməsində qeydiyyatdan keçmək və ya 3035 qısa nömrəsinə START yazaraq SMS göndərmək və qaydaları təsdiqləmək üçün BELI yazıb yenə 3035-ə göndərmək kifayətdir.

Abunəçilər balanslarını artırmaqla, uyğun məhsul və xidmətlərdən istifadə etməklə, eləcə də xüsusi Şans paketlərini aktivləşdirməklə lotereya şansları toplaya bilərlər. Bundan əlavə, abunəçilər mobil tətbiqdə təqdim olunan həftəlik tapşırıqları yerinə yetirməklə əlavə şanslar əldə edə və şanslarını 5 dəfəyədək artıra bilərlər.

Kampaniyanın baş mükafatı – şəhərin mərkəzində yerləşən tam təmirli ikiotaqlı mənzil 30 dekabr tarixində keçiriləcək final tirajında oynanılacaq. Meqa tirajda həm fakturasız, həm də fakturalı xətt abunəçilərinin əvvəlki tirajlarda uduş qazanmamış şansları da iştirak edəcək.

Lotereyanın şərtləri və iştirak qaydaları ilə Azercell-in rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

Lotereyaya qoşulun və növbəti qalib siz olun!

Azercell 30 il səninlə Azercell lotereyası Azercell lotereya nəticələri iPhone 17 Pro Toyota Corolla Cross 24 noyabr tirajı 30 dekabr final tirajı ikiotaqlı mənzil uduşu Azercell lotereyasına qoşulmaq 3035 SMS Şans paketləri
20.11.2026 15:49
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19