Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yeni tütün fabrikləri yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni tütün fabrikləri yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Biz demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüyü də bərpa edirik".

 

“Marja” xəbər verir ki, bunu bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

İlham Əliyev yekun nitqində deyib:

 

“On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Bu sahə daha da geniş ola bilər. Çünki tütünçülüklə məşğul olan bu 13 rayonda kifayət qədər böyük torpaq sahələri var. Tütünçülük də çox gəlirli sahədir. Dövlət yenə də öz dəstəyini göstərir, subsidiyalar verilir. Eyni zamanda, tütünün ixracı ilə bağlı dövlət öz imkanlarını ortaya qoyur. Mən əvvəllər də demişəm, biz, əlbəttə, tütünü ixrac etməliyik. Ancaq hazır məhsulu ixrac etsək daha yaxşı olar. Bu məqsədlə işlər gedir. İndi yeni tütün fabriklərinin yaradılması istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu addımlar uğurlu olacaqdır və biz hazır məhsulu dünya bazarlarına çıxaracağıq”.

12.07.2017 16:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ