Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ötən il 12 milyon zərər edən bank 2017-ni artımlar ilə yarıladığını bildirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il 12 milyon zərər edən bank 2017-ni artımlar ilə yarıladığını bildirir

Bank “BTB” ASC İnternet saytına balans, mənfəət və zərər hesabatlarını yerləşdirməsə də, özünün hazırladığı press-relizdə hər şeyin yaxşı olduğunu bildirir.

 

Bank “BTB”dən “Marja”ya daxil olmuş press-relizdə bildirilir ki, 30.06.2017-ci il tarixinə Bankın aktivləri 235 milyon 67.3 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%-ə yaxın artım deməkdir.  

 

“Marja” müəyyən edib ki, ötən ilin sonu ilə müqayisədə Bank “BTB”nin aktivləri azalıb. Bank 31 Dekabr 2016-cı il tarixində 239 milyon 27 min manat cəmi aktivlərə malik idi.

 

Bank “BTB”nin press-relizində qeyd edilir ki, Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 50.5% artaraq 135 milyon 931.2 min manata çatıb. Ötən ilin sonunda Bankın kredit portfeli 127,8 milyon manat idi.

 

“Hesabat dövrü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə banka cəlb edilmiş vəsaitlər üzrə ümumilikdə 42.5% artım olub”,- press-relizdə deyilir.

 

Yarım ilin yekununda bankın mənfəəti 121.8 min manat təşkil etmişdir. Bank “BTB” 2015-ci ildə 3,4 milyon manat, 2016-cı ildə 12,2 milyon manat zərər etmişdi.

 

MƏCMU KAPİTALINI BORC ALARAQ BƏRPA EDİB

 

Məcmu kapital kommersiya banklarının kapital tələbinə tam cavab verərək 53 milyon168.85 min manat təşkil etmişdir. Qeyd edək ki, Bank “BTB” yığılmış 15,5 milyon manat zərərə görə 52 milyon manat olan nizamnamə kapitalının bir hissəsini itirib. Bank məcmu kapitalının tələblərə cavab verməsini  14,7 milyon manatlıq subordinasiya borc öhdəliyi ilə təmin edib.

 

Subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, sahibinin tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə bankı müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər.

 

Qeyd edək ki, Bank “BTB” 2017-ci ilin 1-ci yarısı üzrə bütün maliyyə hesabatlarını  saytında yerləşdirməyib.

13.07.2017 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ