Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“SOCAR Methanol” və “SOCAR Polymer” memorandum imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Methanol” və “SOCAR Polymer” memorandum imzaladı

“SOCAR Methanol” MMC əmək məhsuldarlığının artırılması üçün tələb olunan ixtisas və peşələr üzrə gənc kadrların işə cəlb olunması, kadrların inkişafında və onların formalaşmasında uyğun şəraitin yaradılmasını təmin etmək məqsədilə “SOCAR Polymer” MMC ilə təcrübəçilər haqqında məlumatın mübadiləsinə dair anlaşma memorandumu imzalayıb.

 

MMC-dən  bildirilib ki, SOCAR-ın iki törəmə şirkəti “SOCAR Methanol” MMC və “SOCAR Polymer” MMC yeni gənc peşəkar nəslin yetişməsinə şərait yaratmaq və yeni istedadları üzə çıxartmaq məqsədilə birgə əməkdaşlığa başlayıb.

 

Belə ki, imzalanmış memorandum əsasında “SOCAR Polymer” MMC tərəfindən təşkil olunmuş 2017-ci ilin Yay Təcrübə Proqramında iştirak edən bacarıqlı gənclər “SOCAR Methanol” MMC-nin idarə etdiyi metanol zavodunda təcrübə üçün cəlb olunacaqlar.

 

Təcrübəçilər zavodun fəaliyyəti ilə yaxından tanış olacaq, əsas istehsalat, köməkçi istehsalat, istehsal avadanlıqlarının təmiri və baxışı, nəzarət ölçü cihazları sahələri üzrə özlərini sınamaq imkanı əldə edəcəklər. İstehsalat zəruriyyətini nəzərə alaraq və fərdi nəticələr əsasında seçilmiş gənc mütəxəssislər “SOCAR Methanol” MMC-də daimi işlə təmin oluna bilərlər.

13.07.2017 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ