Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

5000-dən çox vətəndaşın "sosial mənzil" əldə etmək hüququ təsdiqlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
5000-dən çox vətəndaşın "sosial mənzil" əldə etmək hüququ təsdiqlənib

"Ötən müddət ərzində "Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb".


 
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu barədə 2017-ci ilin birinci yarısında görülən işlərin nəticələri ilə bağlı MİDA-da keçirilən hesabat iclasında qurumun direktoru Samir Nuriyev bildirib.

Reklam_3_11


 
Onun sözlərinə görə, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.


 
"Vətəndaşların rahatlığı üçün, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı müvafiq "ASAN xidmət" mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunub", - deyə S. Nuriyev bildirib.


 
2017-ci ilin mayın 30-dan etibarən "Elektron hökumət" portalında "Güzəştli mənzil" elektron sistemi istifadəyə verilərək vətəndaşların müraciətlərinin qəbulu prosesinə start verilib. "Güzəştli mənzil" elektron sistemi MİDA-nın sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını təmin edir.

13.07.2017 15:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ