Azərbaycan Rusiyadan əlavə silah ala bilər
Azərbaycanın Rusiyadan aldığı silahların çatdırılması 90 faiz icra olunub.
Bu barədə “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.
Onun sözlərinə görə, Rusiyadan tanklar, “Smerç” reaktiv yaylım atəş sistemi, Msta-S qurğularının çatdırılmasına dair müqavilənin 90 faizi icra olunub. Nazir qeyd edib ki, Bakı silahla bağlı artıq ödənişi edib və onu uğurla tətbiq edir: “Xırda məsələlər qalıb. Bütün bunlar müasir silahlardır”.
Müdafiə naziri Rusiyadan əlavə silah alınması imkanlarının nəzərdən keçirildiyini də deyib: “Biz əlavə olaraq bir neçə silah nümunələrini nəzərdən keçiririk. Silah alışı çox istiqamətli məsələdir. Bir tərəfdən şablondan qaçmaq lazımdır, digər tərəfdən silahın müxtəlifliyi ona qulluq məsələsində çətinliklər yaradır. Bu çox mürəkkəb məsələdir”.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl