Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xarici turistlər bu rayona axır - 52 mindən çox

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici turistlər bu rayona axır - 52 mindən çox

Bu il Qəbələyə keçən ildəkindən daha çox, 200 minə yaxın turistin səfər edəcəyi gözlənilir

 

Son illər Qəbələ rayonunda turizmin inkişafı üçün görülən işlər, inşa edilən yeni otel, istirahət və əyləncə mərkəzləri, yaradılan müasir infrastruktur, beynəlxalq mədəniyyət və idman tədbirləri rayona gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. Rayonun əsrarəngiz təbiəti və göstərilən yüksək xidmət də turistləri cəlb edən vacib amillərdir.

 

Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov  bildirib ki, rayon gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli guşələrinə, çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedicidir.

 

Otellərdən verilən məlumata görə, bu il yanvarın 1-dən iyulun 1-dək Qəbələyə 95 min 827 nəfər turist gəlib ki, bunun da 52 min 132-si əcnəbi olub.

 

Xarici turistlər əsasən müsəlman ölkələrinin vətəndaşlarıdır. Hesablamalara görə, Qəbələyə ötən 6 ayda 40 mindən çox ərəb turist gəlib.

 

Turistlərin istirahətinin mənalı təşkili üçün rayonda yüksək şərait yaradılıb. Hazırda demək olar ki, rayonun bütün otelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə doludur. Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, İraq, Qətərdəndir. Qonaqlar Qəbələnin müasir otelləri ilə yanaşı, həm də çay və meşə kənarında yerləşən və sərfəli qiymətə kirayə verilən yüksək şəraitə malik kənd evlərində, kotteclərdə də dincəlirlər. Müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Onlar rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşir, sonra turizm şirkətinin nümayəndələri tərəfindən Qəbələnin tarixi abidələrinə, müasir istirahət və əyləncə mərkəzlərinə, mənzərəli yerlərinə tanışlıq səfərləri təşkil edilir.

 

Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otel və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3000 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

 

2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. Bu il rayona 200 minə yaxın turistin gələcəyi gözlənilir.

 

Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub.

 

© Azərtac

14.07.2017 11:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ