Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“PalSüd” zavodunda kütləvi etiraz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PalSüd” zavodunda kütləvi etiraz

“PalSüd” MMC zavodunun əməkdaşları əmək haqlarının ləngiməsinə görə kütləvi etiraz aksiyası keçiriblər.

 

Qeyd edək ki, bu zavod milyarder Mübariz Mənsimovun şirkətlər qrupuna daxildir və süd məhsullarının istehsalı ilə məşğul olur.

 

Məlumata görə, zavodun əməkdaşları 8 aydır ki, öz halal maaşlarını ala bilmirlər.

 

Bu, zavod əməkdaşlarının Mübariz Mənsimovdan öz pullarını etiraz aksiyalarının köməyi ilə tələb etmələri ilə bağlı birinci hadisə deyil.

 

Belə ki, 20 gün əvvəl fermerlərdən süd qəbulu məntəqələrinin təxminən 60 əməkdaşı küçələrə çıxaraq bir milyon manat borcun ödənilməsini tələb etmişdilər. Bu pul öz süd məhsullarını zavoda təhvil vermiş fermerlərə ödənilməliydi.

 

Zavod ətrafında yaranmış kritik vəziyyətlə bağlı müvafiq dövlət strukturlarına artıq məlumat verilib. Dünən etiraz edənlərdən bir neçəsi izahedici söhbət üçün polisə çağırılıb.

 

Etiraz edənlərdən biri- Sahib Abdullayev iddia edir ki, “PalSüd” MMC ona 27 min manat ödəməlidir. Amma sahibkar öz pulunu bir ildir ala bilmir.

 

S.Abdullayevin sözlərinə görə, onunla görüş vaxtı zavodun nümayəndələri maliyyə çətinliklərinə istinad edərək hər dəfə ödəmələr üçün ondan möhləti verməsini xahiş edirlər.

 

© Virtualaz.org 

16.07.2017 11:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ