Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tarif Şurasının qərarı ləğv edilə bilərmi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarif Şurasının qərarı ləğv edilə bilərmi?

Tarif Şurasının 14 iyulda keçirilmiş iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 20 qəpik artırılıb. Hazırda 1 litr üçün “Aİ-92” markalı avtomobil benzini 90 qəpikdir. Digər benzin markalarına gəlincə, “Aİ-95 Premium” 1,15 AZN, “Super Aİ-98” markalı benzinin qiyməti isə 1,20 AZN təşkil edir. 

 

Prezident Tarif Şurasının qərarını ləğv edəcəkmi? 

 

Benzinin bahalaşmasından sonra müzakirə edilən məsələ prezident İlham Əliyevin Tarif Şurasının bu qərarını ləğv edib-etməyəcəyidir. Şuranın 2015-ci il qərarının ləğvi bu müzakirələrin meydana çıxmasının əsasını təşkil edir. Belə ki, 2015-ci ilin 12 yanvarında Tarif Şurasının növbədənkənar iclası keçirilərək, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik müəyyənləşdirilmişdi. Lakin yanvarın 14-də prezidentin sərəncamı ilə şuranın qərarı ləğv edilmişdi. Məhz bu təcrübənin mövcudluğu prezidentin bu dəfə də qərarı ləğv edəcəyinə dair gözləntilər yaradır. 

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirib ki, o zaman söhbət 2 qəpik yol vergisinin benzinin qiymətinə tətbiq olunmasından gedirdi və bu məbləğ şirkətdaxili vergilərin azaldılması hesabına kompensasiya edildi: “Nəticədə, son məbləğ dəyişməz qaldı. Hazırda isə qiymətin 20 qəpik, yəni 2015-ci ildən fərqli olaraq, 10 dəfə artımı baş verib. Bu, yalnız bir neft məhsuluna tətbiq olunub və 7 səbəb göstərilib”. 

 

İ.Şaban qeyd edir ki, artımın məqsədi SOCAR-ın neft emalı zavodunda daha yüksək keyfiyyətli neft məhsullarının istehsalı üçün modernizasiyanın aparılmasıdır: “Yəni məqsəd lazım olan vəsaitə dəstək verməkdir. Belə olan halda əsaslandırılmış qərar ləğv edilmir”.

 

Benzinin satış qiymətində aksiz vergisinin xüsusi çəkisi böyükdür.

 

Ekspertin sözlərinə görə, pərakəndə satışdan SOCAR-a az vəsait qalır: “Satışdan aksiz vergisinə cəlb edilən hissə yüksəkdir”. 

 

O ki qaldı 1 litr benzinin SOCAR-a neçəyə başa gəlməsinə, bu hesablama ictimaiyyətə açıqlanmır. 

 

İ.Şaban deyir ki, yanacağın satış qiymətlərinin necə formalaşdırılmasının ictimaiyyətə açıqlanması ilə bağlı dəfələrdə məsələ qaldırılıb, ancaq nəticəsi olmayıb: “İctimaiyyət kimin – SOCAR, Vergilər Nazirliyi və satıcıların hər litrdən nə qədər qazandığını bilməlidir, burada gizli saxlamalı məqam yoxdur”. 

 

© oxu.az

16.07.2017 11:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ