Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İri müəssisələrdən biri 37,7 milyon manata satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri müəssisələrdən biri 37,7 milyon manata satılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı"na kredit borcu olduğuna görə, girov götürülmüş "Bakı Fındıq Emalı" müəssisəsi satışa çıxarılıb. Müəssisəni, Beynəlxalq Bankın toksit aktivlərini iadrə edən "Azərkredit" hərraca çıxarıb.

 

"Marja" xəbər verir ki, hərrac yolu ilə satılacaq müəsisəsinin satış qiyməti 37 milyon 744 min manatdır.

 

Hərracı udmiş şəxs alış qiymətindəki məbləği sifarişçi təşkilatın hesabına köçürməlidir. Açıq hərrac 15 Avqust 2017-ci il tarixində keçiriləcəkdir.

 

"Bakı Fındıq Emalı" müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir.

 

15 MİN AZN-DƏK NAĞD PUL KREDİTİ!

 

"BakFem"in direktoru işləmiş Azad Cavadov məhkəmədə bildirmişdi ki, müəssisə Beynəlxalq Bankdan ümumilikdə 60 milyon manat kredit götürüb: "Kredit istehsalın genişlənməsinə sərf olunub, Beynəlxalq Bank da bu işə nəzarət edib.Burada heç bir mənimsəmə yoxdur. Müqaviləyə əsasən, borc ödənilməzsə, bütün hallarda müəssisə bankın girovluğunda idi. Zavod sonra "Aqrar Kredit" QSC-nin nəzarətinə keçib".

 

Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən müəssisənin  tərkibində 4 mərtəbəli ofis binası, fındıq çeşidləmə, fındıq pasta istehsalı, fındıq qovurması, qablaşdırma, anbar sahəsi və digər inzibati sahələr vardır.

 

“Bakfem”in mövsüm ərzində tam fındıq emalı üçün nəzərdə tutulmuş 1000 ton  istehsal gücünə malik, Türkiyə və Belçikada istehsal olunmuş istehsal xəttləri və avadanlıqları mövcuddur.  Müasir  avadanlıqlarla təchiz olunan sınaq laboratoriyası vasitəsi ilə  xammal və hazır məhsulun keyfiyyətinə nəzarət həyata keçirilir.  

 

Müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var.

 

40%-Ə QƏDƏR ENDİRİMLƏ SƏYAHƏT EDİN!

 

Cəmiyyətin ümumi istehsal gücü: minimum 5.000 ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800 - 2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər.Cəmiyyət İSO 9001-2008 və İSO 22000 - 2005 beynəlxalq standartlara uyğun sertifikat sahibdir. İstehsal olunmuş məhsulları istər yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılır.

17.07.2017 06:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ