"Şahdağ" iki ildir zərər edir
"Şahdağ Turizm Mərkəzi" QSC 2016-cı ili 4,3 milyon manat xalis zərər ilə başa vurub. Halbuki, QSC 2015-ci ildə 755,5 min manat zərər açıqlamışdı.
“Marja” QSC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Şahdağ Turizm Mərkəzi" əsas fəaliyyətindən 17,6 milyon manat cəmi gəliri əldə etmək üçün 18,7 milyon manat xərc çəkib. Yəni mərkəz satışda təxminən 1,1 milyon manat zərər edib.
İnzibati və sair xərclər ilə əlaqədar olaraq QSC-nin zərəri daha da artaraq 4,3 milyon manata çatıb.
2015-ci ilin sonunda "Şahdağ Turizm Mərkəzi" 37 milyon manat cəmi aktivlərə malik ikən, 2016-cı ilin sonunda təxminən 79 milyon manat cəmi aktivlərə malik olub. Aktivlərin 70,7 milyon manatı əmlak və avadanlıqlardır.
40%-Ə QƏDƏR ENDİRİMLƏ SƏYAHƏT EDİN!
31 Dekabr 2016-cı il tarixində "Şahdağ Turizm Mərkəzi" 4,3 milyon manat cəmi öhdəliklərə və 74,7 milyon manat kapital və öhdəliklərə malik olub.
"Şahdağ Turizm Mərkəzi" Qusar rayonu ərazisindəki Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə yaradılıb. Dövlətə məxsus QSC Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.
Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisində "Şahdağ Hotel & SPA", "Zirvə Hotel", "Pik Palace Şahdağ", "Park Chalet Şahdağ", "Qaya Evləri", "Gənclər Mehmanxanası", Konfrans zalları, restoranlar və s. fəaliyyət göstərir.
Şahdağ Qış-Yay Turizm Kompleksi turizm və digər infrastruktur obyektlərinin icarəyə verilməsinin təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
11 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 13 saat əvvəl
- 13 saat əvvəl