Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sənaye Parkından 6 milyon manatlıq sifariş alan şirkət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənaye Parkından 6 milyon manatlıq sifariş alan şirkət

“Sumqayıt Kimya Sənaye Parkı” MMC (SKSP) "M-NAF" şirkətini parkda nəzarət-keçid məntəqələrinin tikintisi üzrə işlərə cəlb edib. Bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

"SKSP iyulun 13-də "M-NAF" MMC ilə parkın ərazisində bir sıra işlərin həyata keçirilməsi, o cümlədən nəzarət-keçid məntəqələrinin tikintisi haqqında müqavilə bağlayıb", - deyə məlumatda bildirilir.

 

Müqavilənin dəyəri 5 mln. 999 min 220,99 manatdır.

 

Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.

 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.

 

Parkın ümumi ərazisi 466,37 hektardır.

 

© “İnterfaks-Azərbaycan”

18.07.2017 14:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ