Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

OPEC-in müqaviləsi pozulur, ABŞ-da ehtiyatlar artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in müqaviləsi pozulur, ABŞ-da ehtiyatlar artır


100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Reklam_3_11

Neft qiymətləri, ABŞ-da sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) ehtiyatların artdığını qeyd etməsinin ardından geriləyib.
 


"Marja" xəbər verir ki, neft qiymətləri 0.3 faiz düşüb və Çərşənbə axşamı günü  0.8%-lik qazancının bir hissəsini geri verib. API-nin məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 1.63 milyon barel artıb. 

 


ABŞ-da Çərşənbə günü Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı rəsmi məlumatların, analitiklərin proqnozlarına  görə, ehtiyatların ötən həftə 3.5 milyon barrel düşdüyünü və son 15 həftədə 13-üncü dəfə gerilədiyini göstərməsi gözlənilir.
 

OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIĞI MAĞAZALAR

 

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının, yüksək səviyyədə olan qlobal ehtiyatlar şəraitində, istehsalı azaltmalarına baxmayaraq neft 50 dollardan aşağı qiymətlərə alıcı tapır. OPEC üzvü Ekvadorun hasilatın azaldılması razılaşmasına əməl etməyəcəyini açıqlamasının ardından, müqavilənin pozula biləcəyinə dair narahatlıqlar artır.

 

"Ekvadorun müqaviləyə tabe olmayacağını açıqlaması narahatlıqları artırır. Çünki bu ölkənin çıxması, digərlərinin də çıxmasına səbəb ola və müqaviləni təhlükəyə sala bilər",- analitiklər bildirirlər.


 
Bakı vaxtı il saat 07:30- olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 13 sent düşərək 46.27 dollara, Brent nefti Londonda  ICE Futures Europe birjasında 11 sent və ya 0.3 faiz düşərək 48.73 dollara enib.  

19.07.2017 05:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ