Nazir: 1 milyard manatdan çox məcburi haqlar toplamışıq
“Bu ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 259,4 milyon manat və ya 16,6 faiz artaraq 1 milyard 822,5 milyon manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 16,7 faiz və ya 105,3 milyon manat artaraq 1 milyard 5,7 milyon manat təşkil etdib və proqnoza 101,7 faiz əməl olunub.
"Marja" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında nazir Səlim Müslümov bildirib.
"Müsbət haldır ki, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir və sosial sığorta haqlarının 62,9 faizi və ya 632 milyon manatı qeyri-büdcə sektorundan daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 9,8 faiz və ya 56,2 milyon manat çox olmaqla, rüblük proqnozun 105 faiz icra edildiyini göstərir”.
Cari ilin 6 ayında Fondun xərclərinin 1 milyard 708,1 milyon manat təşkil etdiyini bildirən nazir qeyd edib ki, bu vəsaitin 1 milyard 672,40 milyon manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib:
“Əmək pensiyaları ilə bağlı xərclər 1 milyon 626,6 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 45,8 milyon manat olub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan verib”.
Nazir fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayının da artmaqda davam etdiyini diqqətə çatdırıb:
“Bu sistemdə qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 124770 nəfər və ya 3,7 faiz artaraq 2017-cı il 1 iyul tarixə 3 496 678 nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 27 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl