Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyədə sığorta komediyası başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə sığorta komediyası başlayıb

 

İstanbula yağan rekord yağışda bir çox ev və iş yerlərini su basıb, avtomobillərə ciddi ziyan dəyib. Zərərin məbləği hələ bilinmir. Ancaq 2009-da İstanbulda baş verən və 700 milyon manatlıq ziyana səbəb olan seldən daha böyük olduğu təxmin edilir. Suların çəkilməsinin ardından gözlər sığorta sektoruna çevrilib.

 

"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, istanbullular sığorta şirkətlərindən aldıqları cavaq qarşısında çaşıb qalıblar. Ziyan görən avtomobillər üçün "Avtomobilə selin ziyan vurduğunu sübut et" deyən sığorta şirkətləri, digər tərəfdən isə aşağı ödəniş ödəmək üçün müxtəlif variantlara əl atrırlar.

 

 YAĞIŞ SUYUNUN ZİYAN VURDUĞUNU SÜBUT ET

 

Məsələ ilə bağlı ən gərgin mübahisələr avtomobil sığortalarında baş verir. Bəzi sığorta şirkətləri öz müştərilərinə yalnız park vəziyyətindəki avtomobillərin sığorta çərçivəsində olacağını, digər halların sürücü səhvinə aid olduğunu bildiriblər. Seldə avtomobili ziyan görən şəxslərə "Avtomobili suyun içinə özünüz sürdünüz?” şəklində sualların yönəldilməsi gərginliyi artırır.

 

Qapağı açılmış kanalizasiya quyusuna düşən avtomobil üçün araşdırma aparan ekspertlər, sürücüsünü günahkar görüblər. Tərəflər məhkəməyə müraciət edəcəklər.

 

Sığorta şirkətinin ekspertləri, iş yerini su basmış zərərçəkənlərdən birinə "İş yerinizə daxil olan suyun dərə, yağış, yoxsa şəbəkə suyu olduğu araşdırılacaq" deyiblər. 

 

"Təəssüf ki, belə hallarda sui-istifadələrlə qarşılaşırıq. İşçilərimiz şübhəli hallar sezsə kamera görüntülərindən, su testlərinə qədər hər monitorinqi aparmaq hüququna malikdirlər", - sığorta şirkətindən bildirilib.

 

İndi məlum olur ki, bir çox şirkət sığortanı satan zaman  seli ödəniş veriləcək hadisələr siyahısına daxil etməyib. Əgər baş verən hadisə dövlət tərəfindən rəsmən təbii fəlakət elan edilsə, sığorta şirkətlərindən alınmayan ziyan dövlət tərəfindən ödəniləcəkdir.

 

Sel zamanı canını gücnən xilas edən vətəndaşlar avtomobillərinin şəkilini çəkməyə imkan tapmayıblar. Eyni zamanda təbi fəlakət zamanı sığorta şirkətinin nümayəndəsinin hadisə yerinə çağırılması və ekspertlərin gəlməsi çətinləşib.

20.07.2017 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ