Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avro faiz qərarından sonrası necə dəyişdi? - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro faiz qərarından sonrası necə dəyişdi? - YENİLƏNİB

17:30

 

Reklam_3_11

Avronun məzənnəsi Avropa Mərkəzi Bankının (AMB, ECB) sədri Mario Draginin açıqlamaları yenidəb möhkəmlənməyə başlayıb. Bu gün Bankın faiz qərarından sonra Avro/dollar məzənnəsi 1.1479 səviyyəsinədək düşmüşdü.
 


ECB bu gün keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib. Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.


 
Bakı vaxtı ilə saat 17:35-ə olan məlumata görə, açıqlamalardan sonra əsas valyuta cütlüyü olan avro/dollar məzənnəsi  0,5% qalxaraq 1,1479 dollar səviyyəsindən 1,1572 dollara yüksəlib.

 

16:54 XXX

 

Avropa Mərkəzi Bankının sədri Mario Draghi faiz qərarının ardından Frankfurtdakı mətbuat konfransında danışır.

 

"Marja" xəbər verir ki, Draghi "aktiv alışlarının ən azı Dekabr ayına qədər davam edəcəyini, alışların inflyasiyada davamlı toparlanma olana qədər davam edəcəyini" bildirib.


 
Son məlumatların iqtisadiyyatın gücləndiyinə işarə etdiyini, inflyasiya təzyiqlərinin isə durğun olduğunu deyən Sədr "Önəmli miqdarda genişlənməyə ehtiyac var" - deyib.


 
İqtisadi inkişafa qarşı risklərin böyük ölçüdə balanslaşdırıldığını qeyd edən Sədr qlobal inkişafın ticarəti və ixracı dəstəklədiyini bildirib.


 
Avropa Mərkəzi Bankı bu gün faizləri dəyişdirmədi, qiymətli kağılar alışı proqramının  2017-ci ilin Dekabr ayının sonuna qədər aylıq 60 milyard avro səviyyəsində davam edəcəyini, lazım olarsa proqramın daha da uzadıla biləcəyini açıqlayıb.

 

Mario Draghinin müsbət tonda və əmin danışması Avronun yenidən bahalaşmasına səbəb olub. Faiz qərarı zamanı 1.1479 səviyyəsinədək düşən Avro/dollar məzənnəsi yenidən 1.15-i keçərək 1.1565-i görüb.

 

XXX 16:18

 

Avropa Mərkəzi Bankının faizlərdə dəyişmədiyini açıqlamasının ardından, avro dollar qarşısında 0,3% ucuzalşıb və məzənnə 1.1482-yədək düşüb.

 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransında Draghi-nin "göyərçin" şərhlər verməsi vəziyyətində avronun 1.1400 dollara qədər düşə biləcəyi, "şahin"  şərhlər etməsi vəziyyətində isə 1.1610-1.1650 aralığına çıxa biləcəyi qeyd olunur.

 

"Unicredit Spa"nın strateqi Vasileios Gkionakis, "Draghi, əvvəl verdiyi bəyanatlarındakı mövqeyinə sadiq qalarsa, Avronun düşməsini görə bilərik" deyib.

 

İndi gözlər Sədr Mario Draghi-nin 16:30-dakı mətbuat konfransındadır.

20.07.2017 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ