Çin başda olmaqla, beynəlxalq satınalma və təchizat xidməti göstərən “Garant Company” 9 yaşını qeyd edir
“Garant Company” şirkəti sənaye məhsullarının Çin bazarında araşdırılması, satın alınması, təchizat prosesinin icrası, xüsusi sifarişlə məhsul istehsalı, beynəlxalq standartlara cavab verən müqavilələrin hazırlanması, anbarlama, məhsul keyfiyyətinin yoxlanılması, logistika və gömrük işinin təşkili xidmətlərini göstərir.Məhsul ixracı üzrə dünyanın lokomotivi olan Çindən Azərbaycan, Gürcüstan, Türkiyə, Kanada və MDB bazarlarına müxtəlif təyinatlı sənaye məhsulları və avadanlıqlarının tədarükündə sahibkarların əsas partnyoru olan “Garant Company”nin fəaliyyətə başlamasından 9 il ötür.
2015-ci ildə Çin Xalq Respublikasının Yiwu şəhərində fəaliyyətə başlayan “Garant Company” hazırda beynəlxalq təchizat və satınalma sahəsində Azərbaycanın Çində fəaliyyət göstərən ən böyük şirkətidir. Şirkət, müştəri sifarişləri əsasında müxtəlif təyinatlı sənaye məhsullarının Çin bazarında araşdırılması, satınalma və təchizat prosesinin icrası, xüsusi sifarişlə məhsul istehsalı, beynəlxalq standartlara cavab verən müqavilələrin hazırlanması, anbarlama və məhsul keyfiyyətinin yoxlanılması, logistika və gömrük işinin təşkilini peşəkar və ixtisaslı kadrları vasitəsi ilə həyata keçirməktədir.
Qeyd edək ki, şirkət fəaliyyəti dövründə Çinin 700-dən çox istehsalçı fabriki ilə geniş partnyorluq əlaqələri qurmuşdur. Əlavə olaraq şirkətin Çin, Azərbaycan və Rusiyada ofislərinin olması məhsulun çeşidliliyi və keyfiyyətini artırmağa, beləliklə də təchizat zəncirinin təşkilini tam və qüsursuz icra etməyə imkan yaradır. Hazırda şirkət bir çox yerli sahibkar və dövlət qürumları ilə sıx əməkdaşlığını davam etdirməkdə və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi çərçivəsində və ölkəmizdən kənarda davam edən bir sıra layihələrin icrasınında da biləvasitə iştirak etməkdədir.
Şirkət rəsmiləri bildirir ki, geridə qalan bir il şirkət üçün bir sıra mühüm hadisələrlə yadda qalmışdır. Belə ki, təchizat sahəsində göstərdiyimiz xidmətlərdən yüksək müştəri məmnuniyyəti və maliyyə sabitliyi nəticəsində şirkətin “kredit reytinqi” Çin höküməti tərəfindən AAA kateqoriyasına yüksəldilmişdir ki, “Garant Company” Çində bu kateqoriyaya layiq görülən ilk yerli şirkət olmuşdur. Əlavə olaraq şirkət fəaliyyət sahələrini daha da genişləndirərək məişət avadanlıqları sahəsində “Protechno” adı altında Çində yeni məhsul istehsalına başlamışdır.
Beləliklə, “Garant Company”, 9 illik fəaliyyəti dövründə təchizat sahəsində baş verən innovativ yeniliklərdən maksimum istifadə etməklə, müştərilərinə daha sürətli və sərfəli xidmət göstərməyi daim başlıca prioritet olaraq görür.
Garant Company LLC – Güvən hər zaman öndədir.
+86 131 7380 6285 (Çin ofisi)
+ 994 51 215 4400 (Azərbaycan ofisi)
+7 905 497 7222 (Rusiya ofisi)
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
19 saat əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
22 saat əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
23 saat əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb



























