970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bir rübdə 310 mindən çox avtomobil – “Leapmotor”dan iki rekord

“Leapmotor”un rüblük gəliri 63%, ixracı 3,6 dəfədən çox artıb . “Leapmotor” 10 ayda ötən ilin bütün ixracının üç mislinə nail olub. “Leapmotor” və “Opel” birgə SUV hazırlayır – istehsal üçün Saraqosa seçilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir rübdə 310 mindən çox avtomobil – “Leapmotor”dan iki rekord
iç səhifə xəbər şəkil altı (mobil)_32

Çinin avtomobil istehsalçısı “Leapmotor” 2026-cı ilin üçüncü rübündə həm gəlir, həm də qlobal avtomobil tədarükü üzrə rekord qeydə alıb. Şirkət ardıcıl ikinci rübü mənfəətlə başa vurub. İlk doqquz ayın yekununda xalis mənfəət 250 milyon yuan təşkil edib ki, bu da şirkət üçün rekorddur.

Marja.az “Leapmotor”un açıqladığı auditdən keçməmiş maliyyə nəticələrinə istinadən xəbər verir ki, üçüncü rübdə şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 63% artaraq 31 milyard 700 milyon yuana çatıb. Açıqlanan artım tempinə əsasən, şirkət bir il əvvəlki göstəricini təxminən 12 milyard 250 milyon yuan üstələyib.

Üçüncü rübdə “Leapmotor” dünya üzrə 310 min 52 avtomobil tədarük edib. Bu, illik müqayisədə 78,3% artım deməkdir. Şirkətin məlumatına görə, Çinin yeni enerji ilə işləyən minik avtomobilləri bazarında onun payı ikinci rübün sonundakı 5,71%-dən sentyabrın sonunda 7,2%-ə yüksəlib. Beləliklə, “Leapmotor” bazar payını bir rübdə 1,49 faiz bəndi artıraraq yeni nəsil avtomobil markaları arasında birinci yeri tutub.

İxracda da rekord qeydə alınıb. Şirkət üçüncü rübdə xarici bazarlara 63 min 278 avtomobil göndərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 263,7% çoxdur. Yanvar–oktyabr aylarında ixrac 180 min avtomobili ötüb və 2025-ci ilin tam illik göstəricisinin təxminən üç mislinə çatıb.

Maliyyə göstəriciləri

Üçüncü rübdə şirkətin ümumi mənfəət marjası 10,9% olub. Əməliyyat fəaliyyətindən 1 milyard 620 milyon yuan xalis pul vəsaiti daxil olub, sərbəst pul axını isə 550 milyon yuan təşkil edib. Sentyabrın 30-na şirkətin pul vəsaitləri və əlaqəli maliyyə aktivlərinin ümumi dəyəri 39 milyard 140 milyon yuan olub.

Modellər və texnologiyalar

“Leapmotor” 18 ay ərzində ümumilikdə 300 mindən çox B01 və B10 avtomobili istehsal edib. A10 modeli bazara çıxarıldıqdan 135 gün sonra onun 100 mininci avtomobili istehsal xəttindən çıxıb. C seriyasının yenilənmiş üç modelinin üçüncü rübdə orta aylıq satışları birlikdə təxminən 25 min avtomobil təşkil edib.

Sentyabrda şirkət “LEAP 5.0” avtomobil platformasını, “Four-leaf Clover 5.0” mərkəzi idarəetmə arxitekturasını və ətraf mühiti modelləşdirən LWM sürücüyə yardım sistemini təqdim edib.

Avropada istehsal və “Opel” ilə əməkdaşlıq

Sentyabrın sonuna “Leapmotor International”ın 50-dən çox bazarda 1 200-dən artıq satış və satışsonrası xidmət məntəqəsi fəaliyyət göstərib. Onların mindən çoxu Avropanın payına düşüb. Oktyabrın 16-da İspaniyanın Saraqosa şəhərində B10 modelinin və batareyaların istehsalına başlanıb.

“Leapmotor” həmçinin “Opel” ilə C seqmentinə aid yeni SUV modelinin birgə hazırlanması barədə saziş imzalayıb. “Leapmotor” avtomobilin əsas komponentlərini təmin edəcək, “Opel” isə dizayn, şassinin və salonun hazırlanmasında iştirak edəcək. Modelin təqdimatı və Saraqosada istehsalına başlanması 2028-ci ilə planlaşdırılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Leapmotor 2026 üçüncü rüb nəticələri Leapmotor gəliri Leapmotor xalis mənfəəti Leapmotor avtomobil ixracı Leapmotor qlobal tədarükü Çində yeni enerji avtomobilləri bazarı Leapmotor B10 Saraqosa zavodu Leapmotor A10 istehsalı Leapmotor International Avropa Leapmotor Opel SUV 2028
25.11.2026 08:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19